Alternative content

13:15 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 4. Əsl azərbaycanlı mənəviyyatı
4. Əsl azərbaycanlı mənəviyyatı
ANA SƏHİFƏ / SİYASƏT
02:03 11.04.2020


İnsan insanı dar gündə sınayar - əbəs deməyib atalar!

Tanrı dünyanı, o cümlədən müstəqil Azərbaycanı çox çətin və ağır sınağa çəkib!

COVID-19 - koronavirus sınağına!

Çətin, təhlükəli günlər yaşayırıq!

Hələ bu çətinliyin nə qədər çəkəcəyini, təhlükənin haçan sovuşacağını dəqiq bilən yoxdur!

Ehtimal və proqnozlar isə çox söylənilir!

Amma ötən dar günlərin müəyyən nəticələrinə nəzər salmaq, baş verənləri isti-isti qiymətləndirib ilkin ümumiləşdirmə aparmaq da mümkündür!

Ortada kifayət qədər gərginlik, vaxtında atılan addımlar, düzgün qərarlar, eyni zamanda, bəs qədər məsuliyyətsizlik, vətəndaş intizamsızlığı müşahidə edildiyi vaxtda müsbəti və yaxşıları görüb qiymətləndirmək də vacib və gərəklidir!

Xüsusən də xalqın mənəviyyatı, milli-mənəvi dəyərləri ilə bağlı olan məqamları.

***

Qürur və razılıq doğuran ən yaxşı hal dövlətimizin ekstremal vəziyyətə hazır olması, dövlət başçısı cənab İlham Əliyevin dar macalda ən düzgün qərarlar qəbul edib, dövləti və xalqı dərhal səfərbərliyə alması oldu!

Bu, yalnız Prezident İlham Əliyevin uzaqgörənliyi, baş verənləri dərhal qiymətləndirmək məharəti və bir rəhbər kimi xarizması ilə bağlı deyil!

Həm də onun xalqına olan sonsuz məhəbbəti, Azərbaycan vətəndaşına sevgisi və ən əsası, humanizmi, insanları real təhlükədən qurtarmaq, bəlanı daha tez və az itki ilə sovuşdurmaq üçün göstərdiyi can yanğısından da qaynaqlanır!

Biz Prezidentimizdə bu mənəvi keyfiyyətlərin - dərhal təhlükə yerinə şəxsən baş çəkməsini, hadisələrlə yerində tanış olub insanları, mütəxəssisləri dinləyərək bundan sonra ən zəruri, düzgün qərarlar verməsini dəfələrlə görmüşük.

Bir neçə faktı birlikdə xatırlayaq:

* Lənkəranda yaşayış binası uçanda;

* Zaqatalada yeraltı təkanlar dağıntılar törədəndə;

* Kür daşqınları ətraf kəndləri basıb evləri uçuranda;

* Zəlzələ Şamaxı və İsmayıllı rayonlarında çoxsaylı evləri dağıdıb ziyan vuranda;

* Aprel müharibəsi zamanı cəbhəyanı kəndlərin əhalisində müəyyən təlaş və qorxu yarananda və s.

Dövlət başçısı dəfələrlə hadisə yerlərinə baş çəkdi, çoxsaylı sərəncamlar verdi, tapşırıqların icrasına şəxsən nəzarət etdi, vəziyyət qaydaya düşənə qədər məsələni diqqətində saxladı!

Deyirlər hər cür müqayisə qüsurlu olur!

Amma müqayisəsiz ötüşmək də çətindir!

Xüsusən ona görə ki, həqiqət müqayisə zamanı daha aydın və qabarıq görünür!

Müstəqillik ərəfəsində və dövlət müstəqilliyinin ilk illərində Azərbaycana başçılıq edənlər - Ə.Vəzirov, A.Mütəllibov və Ə.Elçibəy gərgin an yaşanan kimi təyyarəyə minib aradan çıxdılar!

Dövlətin və xalqın sonrakı taleyini unudaraq canlarının hayına qaldılar!

Bu xoşagəlməz ənənəyə son qoyan Ulu Öndər Heydər Əliyev oldu!

4 oktyabr 1994-cü il və 13-18 mart 1995-ci il dövlət çevrilişinə cəhd zamanı öz postunda sonadək oturdu, xalqa müraciət edərək onu səfərbərliyə aldı, xain niyyətlərin qarşısına sədd çəkdi!

Cənab İlham Əliyev də bu ənənəni yaşadır və uğurla davam etdirir!

Çünki bu, həm də əsl azərbaycanlı mənəviyyatı, əsl dövlət rəhbərinə xas keyfiyyətdir!

Prezident İlham Əliyev koronavirus sınağı dövründə xalqımıza məxsus bir sıra mənəvi keyfiyyətlərin üzə çıxmasının, özünü yenidən nümayiş etdirməsinin də təşəbbüsçüsü oldu!

Bu barədə bir qədər sonra...

***

Adətən ordu öz sərkərdəsinə baxıb düzlənir!

İlham Əliyevin məsələyə ciddi reaksiya verməsi, insanların sağlamlığının qorunmasına həssaslıqla, can yanğısı ilə yanaşması xalqını və millətini sevən hər bir azərbaycanlıya da sirayət etdi.

Bu ali nümunədən dərhal çoxsaylı nümunələr yarandı!

Azərbaycan xalqı bir anda sınanmış oğlunun səsinə səs verdi!

Onun atdığı hər bir addım minlərlə əks-səda doğurdu!

Qısa vaxtda gördüyü işlər analoji mübarizə aparanlar üçün nümunəyə çevrildi:

* Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə yaradıldı, dövlət başçısının sərəncamı ilə quruma kömək məqsədilə 5 mln. dollar yardım edildi;

* Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq onun qarşısına məsul vəzifələr qoyuldu;

* Sərhədlər bağlandı, karantin məntəqələri təşkil olundu, təyyarə uçuşları dayandırıldı;

* Ölkə xaricində qalan azərbaycanlıların gətirilməsi üçün çarter reysləri açıldı;

* Xəstələrə qulluq edən həkimlərin və digər tibb personalının əməkhaqları 3-5 qat artırıldı;

* Koronavirusla mübarizə fondu yaradıldı, ilk olaraq cənab İlham Əliyev ora birillik əməkhaqqını keçirdi;

* Bu xeyirxah missiyanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva da davam etdirdi;

* Öz rəhbərindən nümunə götürən xalq mənəvi dəyərlərin yaşadılması yolunun davamçısına çevrildi...

***

Artıq dünyada koronavirusla insanlar arasında şiddətli müharibə gedir!

Bu müharibədə, sözün həqiqi mənasında, ölənlər də var!

Müharibənin ön cəbhəsində vuruşanlar isə tibb işçiləridir!

Həkimlər, tibb bacıları, texniki heyət və digərləri...

Dincəlmək, yorulmaq, hətta bəzən yatmaq nə olduğunu bilmədən xəstələrin sağaldılması üçün gecə-gündüz çalışırlar...

Çünki onlar bilirlər ki, bir xəstəni sağaltmaqla həm də onlarla insanı yoluxmadan qoruyurlar...

Bu gün müşahidə olunan həkim fədakarlığı Azərbaycan tibb işçisinə də xas olan ən bariz keyfiyyətlərdəndir!

Dövlət başçısı "Yeni klinika”nın açılışında bunu xüsusi vurğuladı.

***

"Koronavirus müharibəsi”nin ikinci səngərində Azərbaycan polisi dayanır!

Prezidentin ilk çağırışından öz postunda, küçə və yollarda ayaq üstədir!

Təkcə asayişin keşiyini çəkmir!

Həm də ona tapşırılan yeni vəzifələrin - xüsusi karantin rejiminin tələblərini yerinə yetirməklə məşğuldur!

Həkimlərdən fərqli olaraq, onların heç də hamısının konkret iş yeri belə bilinmir!

Bilinən odur ki, Azərbaycan polisi tutduğu vəzifədən asılı olmayaraq daha kabinetlərdə oturmur!

İş saatı ilə hesablaşmayaraq daim ayaqdadır:

* Özünü virusdan qorumayanı - başa salır!

* Məsuliyyəti unudanları - məsuliyyətli davranmağa çağırır!

* Köməyə ehtiyac duyanlara - əl uzadır, dayaq olur!

* Qanunu və sosial izolyasiya tələblərini pozanları qanuna dəvət edir!

Bir sözlə, bu günlərdə Azərbaycan polisi öz mənəviyyatı ilə yüksəkdə dayandığını sübut edir!

***

Tale azərbaycanlıları da müxtəlif səbəblər üzündən dünyanın müxtəlif ölkələrinə "səpələyib”.

Müxtəlif sahələrdə çalışan bu insanlardan diaspor hərəkatında iştirak edəni də var, etməyəni də!

Onlardan razı qaldıqlarımız da var, qalmadıqlarımız da!

"Koronavirus müharibəsi” sanki dünya azərbaycanlıları üçün də bir məhək daşına çevrildi!

Bu dar günlərdə Azərbaycan mənəviyyatı özünü parlaq şəkildə büruzə verdi!

Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar sosial şəbəkələrə çıxaraq vətənə dönməkdə çətinlik çəkən, aeroportlarda qalan həmvətənlilərinə öz köməklərini təklif etdilər!

Boş evlərində qalmağa çağırdılar, yaşadıqları evlərdə özləri ilə birgə yerləşdirə, tikələrini yarı bölə biləcəklərini söylədilər!

Bir sözlə, bacardıqlarını edəcəklərini bildirməklə ünvanlarını, telefon nömrələrini qoydular!

Azərbaycan Prezidentinin təşəbbüsü ilə respublikamızda yaradılan koronavirusla mübarizə fonduna vəsait köçürənlər də çox oldu!

Azərbaycanlı mənəviyyatı çətin gündə köməksiz qalana kömək etmək prinsipini qoruduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.

***

Azərbaycan sahibkarları da sınaqdan üzüağ çıxdılar!

Söhbət onların fonda köçürdükləri vəsaitdən getmir!

Əlbəttə, sahibkarlarımız burada da fərqləndilər!

Prezidentimiz başqa ölkələrdə müxtəlif səbəblərdən ləngiyib qalan, habelə təhsil alan tələbələrin və başqalarının qayğısına qaldı, çarter reysləri təşkil etdirərək Vətənə qayıtmalarına kömək göstərdi!

Belələri nə az, nə çox - on min nəfərdən artıq idi.

Təhlükəsizlik tədbirləri xaricdən gələnlərin karantin dövründə izolyasiyaya alınmasını tələb edirdi!

Xəstəxanalarda isə o qədər yerimiz yox idi!

Həm də xəstəxana yoluxmuşları müalicə edəcəkdi.

Bu məqamda sahibkarlarımız qəlb genişliyi göstərdilər: hotellərin, istirahət məkanlarının qapılarını geniş açdılar, gələnlərə yer və yemək verdilər!

Belə bir qonaqpərvərlik də Azərbaycan xalqının mənəvi dəyərlərindəndir!

***

Bu yerdə Azərbaycan əməkçisini də unutmayaq!

Kənd təsərrüfatında işlər ara vermir, bol məhsulun bünövrəsi qoyulur!

Elə sahələr var ki, orada fasiləyə yol vermək, vaxt itirmək olmaz!

Axı işlər yavaşıya bilər, amma iflic vəziyyətinə düşməli deyil!

Xüsusən kənd təsərrüfatı, neftçıxarma sənayesi və digərləri.

Dəniz neftçiləri adətən on beş günlük növbəyə gedir!

Karantin dövründə Neft Daşlarına yeni növbənin göndərilməsi riskli sayılır. Çünki yoluxma 14-21 gün gizli şəkildə qala bilir.

Təcrübəli neftçilər, nadir mütəxəssislər az olduğundan onları qorumaq da vacibdir!

Beləliklə, dəniz neftçiləri böyük fədakarlıq göstərdilər: onlar növbəni dəyişmədən fasiləsiz işləyəcəkləri barədə qərar qəbul etdilər!

***

Cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ili” elan edib.

Bu qərar könüllülər hərəkatına yeni vüsət verib.

Eyni zamanda könüllülər üçün təzə fəaliyyət sahəsi də açılıb. Dövlət xüsusi risk qrupuna daxil olan ahıl şəxsləri qorumaq, eyni zamanda, qayğıdan kənarda saxlamamaq üçün könüllülərə çağırışla müraciət etdi!

Azərbaycan gəncləri dövlətin səsinə səs verərək tənha insanlara yardım göstərmək üçün fəaliyyətə başladılar.

Belə bir addım Azərbaycan gəncinin zəngin mənəviyyatından da xəbər verir.

***

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva "Yeni klinika”nın açılışını etdilər.

Vaxtında tikilən, ən müasir cihaz və avadanlıqlar, laboratoriyalarla təchiz edilən yeni tibb müəssisəsi dövlət başçısının qərarı ilə ilkin olaraq koronavirus xəstələrinin müalicəsinə yönəldildi.

Bu, xəstəliyə qarşı mübarizədə effektli addım sayılır.

Açılış mərasimində cənab İlham Əliyev indiki dövrə uyğun 3 çağırış da səsləndirdi: "Biz birlikdə güclüyük!”, "Azərbaycan həkimlərinə eşq olsun!”, "Evdə qal, Azərbaycan!”

Hazırkı məqamda həyati əhəmiyyət kəsb edən bu çağırışlar həm də dövlətin xalqa qayğısından və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərindən də xəbər verir.

Bəxtiyar SADIQOV




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM