10 Aprel 2020 23:21
859
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan ölənlərin sayı 1006-ya çatıb


Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 98 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1006-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Aprelin 10-da ölkə üzrə 30 min 864 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4747-də infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 307 min 210 nəfərə çatıb. Ümumilikdə 47 min 29 nəfər müalicəyə cəlb olunub. Hazırda 1667 nəfər reanimasiyadadır. İndiyə qədər 2423 nəfərin müalicəsi uğurlu olub. Bu gün 281 nəfər tam sağalaraq xəstəxanalardan xaric olunub”, - deyə o qeyd edib.

Ölkə ictimaiyyətinə səslənən nazir diqqətə çatdırıb ki, havaların isinməsi insanları təmiz havaya cəlb etməkdədir. İnsanlar infeksiya təhlükəsinin məsuliyyətini daha da yüksək tutmalı, ünsiyyətdən uzaq durmalıdırlar.

Türkiyə Böyük Millət Məclisinə müraciət edən F.Koca əminliklə bildirib ki, parlamentin yeni növ koronavirusla mübarizə üzrə qəbul edəcəyi qanun vətəndaşların mənəvi məsuliyyətinin hüquqi əsaslarla tənzimlənməsinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video