Alternative content

04:56 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Smartfonu koronavirusdan nə ilə və necə qorumaq olar?
Smartfonu koronavirusdan nə ilə və necə qorumaq olar?
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:35 10.04.2020

Smartfonların üzərində hər zaman çoxlu bakteriya olur və onların arasında koronavirus da ola bilər. "Kaspersky” şirkəti smartfonları nə ilə və necə düzgün dezinfeksiya etmək barədə danışır.

- Cihazı COVID-19 koronavirusundan necə qorumaq olar? Smartfonu spirt və ya xlorheksidin (antiseptik və bakterisid maddə) ilə silməyə dəyərmi?

- Hazırkı koronavirus epidemiyası deyəsən, artıq insanları ictimai yerləri ziyarət etdikdən sonra əllərini yumağa və üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib. Ancaq hələ də hamı daha bir faydalı vərdişə - öz cihazlarını, xüsusən gündə yüz dəfə əlimizə götürdüyümüz və tez-tez üzümüzə toxundurduğumuz cihazları dezinfeksiya etmək vərdişinə yiyələnməyib. Bunun nə üçün vacib olduğu və bunun necə düzgün edilməli olduğu haqda danışaq.

- Telefonu niyə dezinfeksiya etmək lazımdır?

- İlk olaraq, unutmayaq ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlayaraq yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər – yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər səthlərə toxundurduğunuz əllərinizlə.

Əgər telefonunuzu başqa insanlara verməsəniz (vermirsiniz, elədir?) və hamı cihazınıza öskürməsə, havadan yoluxma ehtimalınız azdır. Əllə yoluxma əlaqədə qaldığınız müddətdən asılıdır və bu müddət müxtəlif mikroorqanizmlər üçün fərqlidir – koronavirusun yoluxma müddəti haqda etibarlı məlumatlar hələ də mövcud deyil.

Buna görə də, virusun daha əvvəl başqa bir şeylə təmasda olan yuyulmamış əllərinizin dəydiyi smartfon vasitəsilə ötürülə biləcəyini düşünmək daha məntiqlidir. Xüsusilə, telefona yalnız əllərimizlə deyil, həm də, danışarkən üzümüzlə toxunduğumuz üçün, bu riski gözə almaq olmaz. Ümumiyyətlə, telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək daha yaxşıdır.

- Smartfonu koronavirusdan necə qorumaq olar? 

- Məişətdə daha geniş yayılmış məhsullardan etil spiti (C2H5OH) və izopropil spirti (C3H7OH), həmçinin perekis (H2O2) və hipoklorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir.

Smartfonu dezinfeksiya etməyin alternativ variantları:

Kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var. Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları. Və ya telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq (virus polietilendə uzun müddət də yaşaya bilər).

Belə bir üsul çox dəbli olmasa da, istifadə etmək ziyan gətirməz.

Ən radikal üsul telefonu ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda, rəqəmsal-detoksa kömək edir və ümumiyyətlə zərərli deyil.

Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqcıqları da unutmaq olmaz. Hər ehtimala qarşı, istehsalçının veb-saytı və ya təlimat kitabçasından və ya birbaşa özündən hansı maddələrin dezinfeksiya üçün daha uyğun olduğunu və onlardan cihazın qorunması üçün necə istifadə edə biləcəyinizi dəqiqləşdirməyə dəyər.

Nəticə: smartfon dezinfeksiyası üçün tövsiyələr

• smartfonunuzu silməzdən əvvəl istifadə edəcəyiniz məhsulun tərkibini araşdırın.

• etil spirti və ya perekisin istifadəsindən çəkinin, onlar ekranın oleofobik (barmaq izi saxlamayan xüsusi örtük) örtüyünə zərər verə bilər.

• izopropil spirti smartfonunuzu silmək üçün ən uyğun maddədir.

• optimal konsentrasiyası 70-80 faizdir.

• hər dəfə çöldən qayıtdıqdan sonra smartfonunuzu silmək tövsiyə olunur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM