Alternative content

05:28 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliyanın Yeni Cənubi Uels ştatının deputatı Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər” barədə məlumatlandırılıb
Avstraliyanın Yeni Cənubi Uels ştatının deputatı Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər” barədə məlumatlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
17:43 10.04.2020

Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotu martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni separatçıları tərəfindən keçirilmiş saxta "seçkilər” barədə məlumatlandırıb.

Bu barədə AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə AAA-nın rəhbəri Mikayıl Oyta məlumat verib.

Diaspor təşkilatımızın sədri bildirib ki, məqsəd saxta "seçkilər” barədə deputatı ətraflı məlumatlandırmaqdan və dünya ictimaiyyətini aldatmağa yönəlmiş erməni siyasətinin mahiyyətini onun diqqətinə çatdırmaqdan ibarətdir.

AAA tərəfindən Hyu MakDermota ünvanlanan məktubda deyilir: "Məktubu yazmaqda məqsədimiz bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni "seçkilər” barədə sizi məlumatlandırmaqdır.

Bildiyiniz kimi, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində erməni silahlıları tərəfindən 1 milyondan çox azərbaycanlı Ermənistandakı və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağdakı öz doğma evlərindən qovulublar. Həmçinin 100 mindən çox erməni regionda etnik üstünlük yaratmaq məqsədilə Dağlıq Qarabağa köçürülüb”.

Məktubda beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən BMT Baş Assambleyası tərəfindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin pislənildiyi barədə də bəhs olunub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamənin qəbul edilidiyi də öz əksini tapıb.

Avstraliyalı deputata müraciət edən diaspor təşkilatımızın sədri onu bütün beynəlxalq standartları pozan bu saxta "seçkiləri” pisləməyə çağırır. Vurğulayır ki, həmin regionda ədalətli seçkilər yalnız Dağlıq Qarabağın işğalına son qoyulduqdan və azərbaycanlı qaçqınlar öz doğma evlərinə qayıtdıqdan sonra mümkün ola bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM