Alternative content

06:29 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:41 10.04.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.

Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar "ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fəaliyyətə başladığı müddətdən bu günə qədər ilk dəfə Çağrı Mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.

Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədilə dövlət agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərdən, digərləri isə evdən olmaqla Çağrı Mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.

Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 15-17 mindən çox vətəndaş müraciəti qəbul olunur. 9108 Çağrı Mərkəzi vasitəsilə müraciətlərin qəbulu xüsusi karantin rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda, vətəndaşların daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.

Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM