10 Aprel 2020 09:49
524
SİYASƏT
A- A+

Rusiya XİN: Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır


Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilmiş mətbuat konfransında söyləyib.

M.Zaxarova Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "seçkilər” barədə suala cavab verərək bildirib ki, bu "seçkilər”lə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı var və bu sənədlə qurumun saytında tanış olmaq mümkündür.

Rusiya XİN-in rəsmi nümayəndəsi, həmçinin bildirib: "Bilirsiniz ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu bununla, yəni, problemin kompleks həlli ilə məşğuldur. Eyni zamanda, hesab edirik ki, nizamlanma prosesinin gedişi adıçəkilən tədbirdən hər hansı dərəcədə asılı deyil”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video