10 Aprel 2020 00:56
2473
SİYASƏT
A- A+

Müstəqillik tariximizin ən böyük dəstək proqramı


Prezident İlham Əliyevin genişmiqyaslı iqtisadi və sosial paketi sahibkarları və həssas təbəqəyə aid olan vətəndaşları koronavirus böhranından qoruyacaq


Koronavirusun dəhşətli fəsadları getdikcə daha böyük miqyas alır. 209 ölkədə yayılan pandemiya təkcə insan tələfatı ilə deyil, həm də ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması ilə müşahidə olunur. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da dünya ölkələri kimi yeni sınaq, yeni çağırışlarla üz-üzədir. Bu səbəbdən də dövlət infeksiyanın təsirlərindən az itki ilə çıxmaq üçün ciddi şəkildə mübarizə aparmaqdadır.


Dövlət başçısından 2,5 milyard manatlıq dəstək


Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan üzüağ çıxaran Prezident İlham Əliyev bu çətin dövrdə də ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Dövlət başçısının yeni iqtisadi və sosial paketi çətçivəsində hazırlanan dövlət dəstəyi proqramları da prosesin tərkib hissəsidir.

Maliyyə həcmi 2,5 milyard manat olan yeni sənədləri müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırırlar.

Təqdim edilən yeni təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır. Yəni bir qrup şəxsin əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək.

Dövlət başçısının sərəncamına əsasən, ölkədə məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində hazırlanan proqramlar çoxşaxəlidir.


Sosial proqramlar 1 milyon 900 min vətəndaşı əhatə edəcək


Pandemiyanın ölkədə məşğulluğa, sosial sahəyə vurduğu zərərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Bununla bağlı 4 işçi qrup yaradılıb və hər bir istiqamət üzrə tədbirlər planı hazırlanıb. Aprelin 4-də Baş Nazir Əli Əsədov həmin tədbirlər planını təsdiq edib. Ümumilikdə məşğulluq, sosial məsələlərə dair dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub. Bu da 1 milyon 900 min vətəndaşı əhatə edəcək.

Sosial sahədə dayanıqlılığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır. Bu məbləğin 100 milyon manatı dövlət büdcəsindən, 203 milyon manatı Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə işsizlikdən sığorta fondundan istifadə ediləcək.

Hazırda ölkəmizdə dövlət sektorunda əmək müqaviləsi ilə 910 min insan çalışır. Qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyənlər 660 min nəfər təşkil edir.

Onların hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib və hər hansı əsassız ixtisarlara yol verilmir. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi işə cəlb olunub. Digərləri isə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Onların gəlirlərinin davamlılığı təmin edilir.


Sahibkarlıq sahəsində çalışan muzdlu işçilər üçün 215 milyon manatlıq dəstək


Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin ilkin mərhələdə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı da açıqlanıb.

Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) də əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq. Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.


Ünvanlı dövlət sosial yardımın verilməsində də dəyişikliklər olacaq


Pu proqramların icrası nəticəsində ünvanlı dövlət sosial yardımın verilməsində də dəyişikliklər olacaq. Belə ki, ünvanlı sosial yardımın xüsusi karantin rejimi dövrü bitənədək bütün ailələrə verilməsinin davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımın təyinatının sadələşdirilməsi nəzərdə tutulub.

Bu, 62 min vətəndaşı əhatə edəcək. Burada məqsəd ondan ibarətdir ki, 62 min vətəndaş üçün hətta ünvanlı sosial yardım dövrü başa çatsa da belə karantin dövründə həmin müddətin uzadılması həyata keçiriləcək. Eyni zamanda ünvanlı sosial yardıma müraciət imkanları asanlaşacaq.

Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı da 2020-ci ildə dövlət tərəfindən ödəniləcək. Bu istiqamətə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Burada məqsəd ondan ibarətdir ki, həmin ailələrin təhsil haqqının ödənilməsi ilə bağlı problemi olarsa, onlara dəstək göstəriləcək.

Aprel və may aylarında həm də elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu xərc də dövlət büdcəsi hesabına qarşılanacaq və bu istiqamətə 10 milyon manat vəsait ayrılacaq. Bu baxımdan tədbirlər planı daha çox aprel və may aylarında birbaşa dəstəyin, ödənişlərin ödənilməsi ilə müşahidə olunacaq.

Bütün bunlar bir daha təsdiq edir ki, hər zaman siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan cənab İlham Əliyev bu ağır karantin dövründə də xalqın maddi durumunu düşünür və öz dəstəyini əsirgəmir. Əminliklə deyə bilərik ki, dövlət başçısının genişmiqyaslı iqtisadi və sosial paketi həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video