Alternative content

15:30 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətin vətəndaşlarına göstərdiyi diqqətin daha bir təzahürü
Dövlətin vətəndaşlarına göstərdiyi diqqətin daha bir təzahürü
ANA SƏHİFƏ / SİYASƏT
00:52 10.04.2020


Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli sərəncamına əsasən 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.

Respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ötən müddət ərzində dövlət başçısının imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Amnistiya Aktı həyata keçirilib, 10 mindən artıq insana şamil olunub.

Ölkəmizdə mütəmadi olaraq imzalanan əfv sərəncamları, qəbul olunan amnistiya aktları dövlətin öz vətəndaşlarına göstərdiyi diqqətin və qayğının təzahürüdür.

Qeyd edək ki, növbəti sərəncama əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilənlərin 165-i kişi, 11-i qadındır. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.

Hazırda dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda baş verən hadisələr bir sıra təxirəsalınmaz işlərin həyata keçirilməsini qarşıya qoyub. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində vurğulayıb: "...bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik”.

Dünyanı bürüyən koronavirus bəlası can almaqda davam edir. Təəssüf ki, bu xəstəliyə yoluxanların və qurbanlarının sayı hər gün artmaqdadır. Daha dəhşətli rəqəmlərlə üzləşməmək, koronavirusun yayılması təhlükəsini azaltmaq üçün ölkəmizdə də bütün vacib məsələlər düşünülür və yerinə yetirilir. Azərbaycan dövləti öz vətəndaşlarının həyatını, sağlamlığını qorumaq naminə tədbirlər planını genişləndirir və bunlar uğurla həyata keçirilir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM