Alternative content

14:24 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlilliyi olan şəxslərin sosial müdafiəsində yeni addım
Əlilliyi olan şəxslərin sosial müdafiəsində yeni addım
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 10.04.2020


Xüsusi karantin rejimi dövründə əlillik müddəti başa çatan şəxslər üçün bu müddət uzadıldı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, koronavirus pandemiyası ilə mübarizə şəraitində həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi diqqətdə saxlanılır.

Nazirlər Kabinetinin yeni qərarı bu məqsədə xidmət edən növbəti addımdır. Qərara əsasən 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Beləliklə, onlara əlilliyə görə təyin olunmuş aylıq müavinətin və ya pensiyanın, habelə onlardan 1-ci dərəcə əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunmuş aylıq təqaüdün ödənişi də xüsusi karantin rejimi müddətində davam edəcək.

Həyata keçirilən bu sosial müdafiə tədbiri əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarının təminatı və rifahının dəstəklənməsi sahəsində aparılan işlərin hazırkı xüsusi karantin rejimi müddətində də davam etdirildiyini göstərir.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM