Alternative content

14:21 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaşların koronavirusdan qorunması dövlətimiz üçün prioritet məsələdir
Vətəndaşların koronavirusdan qorunması dövlətimiz üçün prioritet məsələdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:45 10.04.2020


Yeni növ koronavirus planetimizdə tüğyan edərək kütləvi qırğınlar və yoluxmalar törətməkdə davam edir. Qlobal problemə çevrilən COVID-19 koronavirus pandemiyası bir çox dövlətlər üçün real təhdidə çevrilib. Bütün dünyada bu infeksiyaya yoluxanların sayı saatbasaat artır. Artıq koronavirus 209 ölkədə 1 milyon yarımdan çox insana yoluxub, 89 minə yaxın şəxsin həyatına son qoyub. ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa kimi dövlətlər isə koronavirusa yoluxma sayına və insan ölümünə görə xəstəliyin "vətəni” sayılan Çini geridə qoyublar.


Dünya koronavirusla üz-üzədir


Hətta hazırda ABŞ dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerə çıxıb. Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ pandemiya qurbanlarının sayına görə İspaniyanı qabaqlayıb. Dünyada koronavirusdan ən çox insan isə İtaliyada vəfat edib.

ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm baş verir. Ötən gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1973 nəfər ölüb. Ölkədə COVID-19 infeksiyasına ümumilikdə 430376 nəfər yoluxub. 14739 nəfər pandemiyanın qurbanı olub, xəstəxanalarda müalicə edilən 23707 nəfər sağalaraq evə buraxılıb.

İtaliyada son sutka ərzində yeni növ koronavirus səbəbi ilə ölənlərin sayı əvvəlki günlə (604 nəfər) müqayisədə bir qədər azalaraq 542 nəfər olub. Epidemiyanın başlanğıcından bəri koronavirus qurbanlarının ümumi sayı İtaliyada 17,6 min nəfərdən çoxdur. Virusa yoluxanların sayı son sutkada öncəki günlə (880) müqayisədə artaraq 1195 nəfər təşkil edib. Eyni zamanda ölkədə son sutkada rekord sayda insan - 2099 nəfər koronavirusdan sağalıb. Sağalanların ümumi sayı isə 26491 nəfərə çatıb. İtaliyada epidemiyanın başlamasından bəri yoluxmuş insanların sayı sağalmış və ölmüş insanlar da daxil olmaqla 139 422 nəfərdir.

İranda ötən sutka ərzində yeni koronavirus nəticəsində daha 117 nəfər ölüb. Ümumilikdə İranda bu virusun yayılması 4110 nəfərin ölümü ilə nəticələnib. Ötən 24 saat ərzində daha 1634 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə bu virusa yoluxanların sayı 66220 nəfərə yüksəlib. İndiyədək 32309 nəfər sağalaraq evə buraxılıb.

Cənubi Koreyada son bir gün ərzində koronavirusa 39 yeni yoluxma qeydə alınıb. Ötən gün ölkədə koronavirusa yoluxmuş 197 nəfər sağalıb. Koronavirusa yoluxanların ümumi sayı 10423 nəfərə çatıb, 204 insan pandemiyanın qurbanı olub.

Almaniyada koronavirusa yoluxma hallarının sayı 108202-yə çatıb. İndiyədək virusdan 2107 nəfər ölüb, 2693 insan sağalıb.

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 10,8 mini ötüb. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 541 nəfər yüksələrək 20 869-a yüksəlib. Epidemiya başlayandan 60 min insan xəstəxanaya yerləşdirilib, 30375 nəfər hazırda xəstəxanalarda qalır, onlardan 7148 nəfərin vəziyyəti ağırdır.

Türkiyədə son 24 saat ərzində daha 87 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib. Bununla da qardaş ölkədə koronavirusdan ölənlərin ümumi sayı 812 nəfərə çatıb. Ölkədə 4117 yeni yoluxma halı qeydə alınıb, nəticədə yoluxanların ümumi sayı 38226 nəfərə çatıb.

Braziliyada koronavirusa yoluxanların sayı 15927-yə yüksəlib. Son sutka ərzində 2156 yoluxma faktı qeydə alınıb. Ölkədə koronavirusdan 800 nəfər ölüb.

İsraildə son sutkada koronavirusa 351 yeni yoluxma halı qeydə alınıb, 8 nəfər koronavirusun qurbanı olub. Bununla da İsraildə ölənlərin sayı 79-a, yoluxanların sayı 9755-ə çatıb.

Norveçdə 6160 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək 101 nəfər bu infeksiyanın qurbanı olub.

Rusiyada son bir gündə 1459 nəfərə koronavirus diaqnozu qoyulub, 13 nəfər virusun qurbanı olub. Bununla da yoluxanların sayı 10131 nəfərə, ölənlərin sayı 76-ya, sağalanların sayı isə 698 nəfərə çatıb. Yeni yoluxmalar ölkənin 50 bölgəsində qeydə alınsa da, əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 857 nəfər.

Son sutka ərzində Belarusda koronavirusa yoluxanların sayı 420 nəfər olub. Ümumilikdə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 1486 nəfərə çatıb. Son sutka ərzində daha üç xəstə vəfat edib. Ölənlərin sayı artıq 16 nəfər təşkil edir.

Özbəkistanda son sutkada 21 nəfər koronavirusa yoluxub. Aprelin 9-na olan məlumata görə, bu ölkədə virusa yoluxanların sayı 555 nəfər təşkil edir.

Qırğızıstanda daha 10 nəfərə koronavirus diaqnozu qoyulub. Ümumilikdə koronavirusa yoluxma hallarının sayı 280-ə çatıb. Onlardan 34-ü həkimdir. İndiyədək 4 nəfər infeksiyanın qurbanı olub.

Qazaxıstanda daha 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Beləliklə, ölkədə qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 764-ə çatıb. Bunlardan 55 nəfər virusdan sağalsa da, 7-si ölüb.

Ermənistanda son sutka ərzində daha 40 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə yoluxanların sayı 921-ə çatıb. Onlardan 138-i sağalıb, 773-nün müalicəsi davam etdirilir, 10 nəfər ölüb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 214 olub. Hazırda ölkə üzrə karantində 4559 nəfər saxlanılır, stasionar müalicədə isə 353 nəfər var. Virusa yoluxmuş şəxslərdən 50-si sağalıb, 3 nəfər isə vəfat edib.

Dünya ölkələrinin intensiv qabaqlayıcı tədbirlər həyata keçirməsinə baxmayaraq, hələ də pandemiyanın qarşısını almaq mümkün deyil. Hətta ən inkişaf etmiş dövlətlər bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır. Müasir xəstəxana və tibbi avadanlıqlara malik ölkələr belə, vətəndaşlarını qorumaqda acizdirlər. Vəziyyət o qədər kritik hal alıb ki, xəstəxanalarda boş yer qalmayıb, süni nəfəs aparatları çatışmır...


"Karantin rejimi daha da sərtləşdirilə bilər”


Ölkəmizdə də bu cür vəziyyətin yaranmaması üçün hökumət tərəfindən hər cür imkanlar səfərbər edilib. Azərbaycanda vaxtında sosial izolyasiya və karantin rejimi tətbiq olunub. İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən 20-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb.

Artıq 5 gündür ki, həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir.

Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir.

Belə ki, ötən sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3073 inzibati tədbir görülüb. Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqdə çıxışı zamanı açıqlayıb. O deyib ki, 12 nəfər inzibati həbs cəzası alıb.

İ.Məmmədov əlavə edib ki, dövlət qurumları tərəfindən də qanunsuz icazələrə yol verilir: "Bir çox dövlət qurumları və şirkətlər işdə ehtiyacları olmayan adamların küçəyə çıxmalarına şərait yaradırlar. İcazə üçün saxta arayış hazırlayanlar var. Dövlət qurumlarına 30 faiz işçiyə icazə almaq limiti olsa da, onlar bu limiti aşırlar. Dövlət qurumları həmin idarələrə aidiyyəti olmayan, öz işçiləri olmayan şəxsləri sistemə əlavə edərək onlara icazə alırlar”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı brifinqdə çıxışı zamanı bildirib ki, ötən həftə karantin rejiminə əməl olunmaması yoluxanların sayının artmasına səbəb olub. Virusun inkubasiya dövrü 14 gün çəkə bildiyi üçün ötən həftə virusa yoluxanlarda simptomlar bu günlərdə özünü göstərir və qeydə alınır: "Həmin şəxslər ünsiyyətdə olduqları adamları virusa yoluxdurduqlarını bilmirlər. Onların 30-60-a qədər insanı yoluxdurması mümkündür və nəzərə alsaq ki, inkubasiya dövrü 14-21 gündür. Önümüzdəki iki həftədə tələb olunan qaydalara ciddi əməl edilsə, 3 həftədən sonra nikbin ssenaridən danışmaq mümkün ola bilər. Vətəndaşlar 2-3 həftə səbir edib evdə qalsa və inkubasiya dövrünü təcrid şəraitində keçirsə, biz yoluxma zəncirini qıra bilərik və bundan sonra ənənəvi həyatımıza davam edərik. Lakin bu dinamika qalarsa, karantin rejimi daha da sərtləşdirilə bilər”.

R.Bayramlı vurğulayıb ki, vətəndaşlar karantin rejiminə riayət etməsələr, daha ciddi tədbirlər görülməsi üçün ölkə rəhbərinə müraciət olunacaq: "İnsanlar karantin rejiminə əməl etmirlər. Yoluxanlar və cərimələnənlər hər gün artır. Bu templə davam edərsə, aprelin 20-dən sonra ölkədə daha sərt qərarlar verilə bilər. Buna görə də vətəndaşlar karantin rejiminə əməl etməlidirlər. Dövlət üzərinə düşən hər şeyi edir. Kifayət qədər yüksək qiymətli testlər alınır. Müayinələrin sayı artırılır. Bu gün 63 nəfərin sağalması görülən tədbirlərin nəticəsidir. Amma vətəndaşlar qaydalara əməl etmir. İcazə məsələsindən sui-istifadə edirlər. Bu qaydalara da yenidən baxıla, məhdudiyyətlər daha da sərtləşdirilə bilər”.


Bu şəxslərin küçəyə çıxma icazələri ləğv olunur


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

Dövlət Agentliyinin məlumatına görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib. Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

- yaşı 65-dən yuxarı olan, karantin rejimində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

"Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, - deyə məlumatda qeyd olunub.


10 minə yaxın hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


Onu da bildirək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Unutmayaq ki, karantin rejiminin pozulmasına görə cəzanın sərtləşdirilməsinin yeganə məqsədi məhz vətəndaşları qorumaqdır. Bəli, vətəndaşların koronavirus infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir.


"Bu sınaqdan üzüağ çıxacağıq”


Baş Nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatında da bildirib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir: "Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimat var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Aprelin 20-nə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır”.

Baş Nazir vurğulayıb ki, koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi sahəsinə mənfi təsirlərini azaltmaq üçün tərtib edilən müvafiq proqramlar vaxtında icra olunacaq: "Həyata keçirilən bütün tədbirlər xalqın sağlamlığını və ölkənin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Biz bu vəziyyətdən ən az itkilərlə çıxmalıyıq və vətəndaşlarımızı qorumalıyıq. Hesab edirəm ki, bunun öhdəsindən gələcəyik və bu sınaqdan üzüağ çıxacağıq”.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM