09 Aprel 2020 21:25
765
CƏMİYYƏT
A- A+

İSB yeni videoçarx hazırlayıb


Karonavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu (İSB) da dəstək verib. Belə ki, İSB "Evde qalın, eviniz sizi sığortalasın” şüarı altında sosial video çarx hazırlayıb. Sosial video çarxda müxtəlif yaş qrupundan olan vətəndaşların karantin rejimində evdə qalaraq həmrəylik nümayiş etdirməsi əks olunur. İSB-nun əməkdaşlarının da çəkildiyi videoçarxın qəhrəmanları "Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz bizi sığortalayır” deyərək əhalini karantin rejiminə ciddi əməl etməyə, pandemiya ilə əlaqədar qlobal mürəkkəb şəraitdə özlərini, yaxın və doğmalarını virusdan qorumaq üçün evdən çıxmamağa çağırır.

Xatırladaq ki, vətəndaşlar sahib olduqları əmlakları icbari qaydada sığorta etdirərək həmin əmlakı yanğın və risklərdən, təbii fəlakətlərdən həmçinin dəyə biləcək zərərlərdən sığortalamaq hüququna malikdir. Bu günün gerçəyi gələcəyin sığortasıdır. Biz birlikdə güclüyük. Həmrəy olaq, evdə qalaq və bu dəfə evimiz bizi sığortalasın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video