09 Aprel 2020 19:51
973
DÜNYA
A- A+

Tarixdə cəmi bir dəfə baş vermiş qəribə hadisələr


Bəşər tarixi müharibə, fəlakət, epidemiya və bu kimi bir çox hadisələrin şahidi olub. Bütün hadisələri saymaq mümkün deyil, lakin onlardan bəziləri tarixdə yalnız bir dəfə baş verib.

Bu hadisələrdən biri Şimali Amerikada yerləşən Missisipi çayında meydana gəlib. Uzunluğuna görə dünyanın dördüncü çayı olan Missisipi 2012-ci ildə ABŞ-da tüğyan edən İsaak qasırğası səbəbindən 24 saat ərzində əks istiqamətə axıb.

ABŞ-da baş verən daha bir qəribə hadisə bu ölkənin dəniz sularında cəmi bir dəfə görünən nəhəng kalmar olub. Suyun 750 metr dərinliyində görüntülənən bu canlıların Yaponiya sularında yaşadığı bilinir.

Bundan 43 il əvvəl - 1977–ci ildə "Böyük qulaq” (Big Ear) adlı radioteleskop kosmosdan 72 saniyəlik çox güclü səs dalğası qeydə alıb. Aparılan hesablamalara görə, siqnal Oxatan ulduzu bölgəsində yerləşən dünyadan 120-220 işıq ili uzaqlıqdakı "Chi Sagittarii” ulduzundan gəlib. Siqnalı qeydə alan mütəxəssis onu "Wow” olaraq işarələyib. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, siqnalı təkrar almaq mümkün olmayıb.

Çiçək xəstəliyi. Bu da tarixdə cəmi bir dəfə görünən, ən ölümcül və tamamilə yox edilən yeganə insan xəstəliyidir. Müalicəsi olmayan bu xəstəlik üçün hazırlanan peyvənd onun yoxa çıxmasına səbəb olub ki, bu da o zamana qədər hazırlanmış ən effektiv vaksin kimi tarixə düşüb.

Belə misli görünməmiş hadisələrdən biri 1518-ci ildə Strasburqda yayılan "rəqs epidemiyası”dır. Epidemiya bir qadının yalnız özünün eşitdiyi musiqi sədaları altında dayanmadan rəqs etməsi ilə başlayıb. Sonrakı bir həftə ərzində xəstəlik daha 34 nəfərdə tapılıb və bu rəqəm 400-dək yüksəlib. Bu insanların bəziləri infarkt, yorğunluq kimi müxtəlif səbəblərdən ölüblər. Elm adamları bu hadisəni toplu psixoloji pozuntu kimi qiymətləndiriblər.

Digər belə qəribə epidemiya 1962-ci ildə Tanzaniyanın Kaşaşa şəhərində meydana gəlib. Qızlar məktəbində bir zarafat sonrası başlayan "gülüş epidemiyası”na burada təhsil alan 159 şagirddən 95-i yoluxub. Məlumatlara əsasən, epidemiyaya məruz qalan şagirdlərin bəziləri bir neçə saat, bəziləri isə tam 16 gün gülüb. Epidemiya müəllimlər arasında yayıldıqdan sonra - 1962-ci il martın 18-də məktəbin müvəqqəti bağlanmasına qərar verilib. Sonralar təxminən min nəfərin yoluxduğu epidemiya 14 məktəbin bağlanmasına səbəb olub. Elm adamları bu hadisənin stresslə bağlı olduğunu bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video