Alternative content

19:59 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda 100 talib azadlığa buraxıldı
Əfqanıstanda 100 talib azadlığa buraxıldı
ANA SƏHİFƏ / DÜNYA
17:04 09.04.2020


Əfqanıstanda "Taliban” radikal hərəkatının100 silahlısı həbsxanadan çıxmışdır. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Veysəl bildirmişdir ki, həbsxanadan çıxmış taliblər bundan sonra hərbi əməliyyatlarda iştirak etməmək öhdəliyi götürmüşlər. O qeyd etmişdir ki, məhbus taliblər ABŞ-la "Taliban” arasında saziş çərçivəsində azadlığa buraxılmışlar.

Vaşinqtonla "Taliban” arasında iki il davam etmiş danışıqlardan sonra əldə olunmuş sazişə əsasən, "Taliban” götürdüyü öhdəlikləri yerinə yetirərsə, ABŞ və müttəfiqləri gələn ilin aprelinədək qoşunlarını Əfqanıstandan çıxaracaqlar.

Özü də ABŞ-ın təxminən 14 min hərbçisindən 5 mini cari ayın axırınadək ölkəni tərk edəcək.

Sazişə görə, Əfqanıstan hökuməti keçən ayın 10-dək 1000 əsir tərəfdarı müqabilində 5 min talibi azadlığa buraxmalı idi. ABŞ və onun müttəfiqləri Əfqanıstanın ərazi bütövlüyünü və müstəqilliyini təhdid etməyəcək, ölkənin daxili işlərinə qarışmayacaqlar. Öz növbəsində "Taliban” başqa qruplaşmaların Əfqanıstan ərazisindən ABŞ və onun müttəfiqlərinə hücum etmək üçün plasdarm kimi istifadə etməsinə imkan verməməlidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM