09 Aprel 2020 15:43
563
SİYASƏT
A- A+

Çin KİV-ləri Heydər Əliyev Mərkəzinin aksiyasını diqqətdə saxlayıb


Çinin nüfuzlu kütləvi informasiya vasitələri Heydər Əliyev Mərkəzinin Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq həyata keçirdiyi aksiyanı diqqətdə saxlayıb.

AZƏRTAC xəbər verir ki, milli xəbər agentliyi olan Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, Çin Mərkəzi Televiziyası, nüfuzlu "China Daily" qəzeti, "Chinanews.com", "China.org.cn" və digər xəbər saytları dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində Çin Xalq Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunması barədə Çin, ingilis, rus və digər dillərdə xəbərlər hazırlayıblar. Bəzi KİV-lər isə bu barədə məlumatı "Əsas xəbər" bölməsində və ya saytın üz səhifəsində yerləşdiriblər. Bundan başqa, həmin KİV-lər, habelə fərdi istifadəçilər yerli və xarici sosial şəbəkələrdə və video portallarda (Wechat, Weibo, Facebook, Youku, TikTok və s.) bu barədə paylaşımlar ediblər.

Çin KİV-ləri bu aksiyanın Azərbaycanın pandemiyadan əziyyət çəkən Çin xalqına hörmət və ehtiramının ifadəsi, Çin ilə həmrəyliyinin göstəricisi olduğunu yazıb.

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq, virusdan zərər çəkən bir dövlətin bayrağı hər gün həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video