09 Aprel 2020 15:01
487
DÜNYA
A- A+

Ərəb Koalisiyası Yəməndə ikihəftəlik atəşkəs elan edib


Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının qoşunları Yəməndə Hutsi qiyamçılarla döyüşlərdə ikihəftəlik atəşkəs elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SPA informasiya agentliyi məlumat yayıb. Məlumata görə, koalisiyanın mətbuat katibi Turki Əl-Maliki "Yəmənin qanuni hökumətini dəstəkləyən" silahlı kontingentin bu addımı BMT Baş katibinin çağırışına uyğun olaraq dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində atdığını bəyan edib. O əlavə edib ki, müvəqqəti atəşkəs rejimi münaqişə tərəfləri arasında gələcəkdə davamlı sülhə nail olmaq istiqamətində danışıqlar aparmağa da imkan verəcək.

BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits bu qərarı humanitar və iqtisadi baxımdan mühüm addım kimi dəyərləndirib. "Mən Səudiyyə Ərəbistanı Krallığına və Koalisiyaya Yəmən üçün ağır günlərdə atəşkəs elan etdiklərinə görə minnətdaram. İndi tərəflər möhkəm və davamlı sülhə nail olmaq, düşmənçiliyə son qoymaq üçün təcili danışıqlara başlaya bilərlər", -deyə o əlavə edib.

Atəşkəs rejimi aprelin 8-də qüvvəyə minib. Bundan sonra BMT-nin vasitəçiliyi ilə silahlı münaqişə tərəfləri arasında danışıqların aparılacağı gözlənilir. Səudiyyə Ərəbistanı Yəməndə humanitar fəlakətin qarşısını almaq üçün 500 milyon dollar, koronavirus pandemiyasına qarşı mübarizəyə isə 25 milyon dollar ayıracağını bəyan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video