09 Aprel 2020 15:01
580
DÜNYA
A- A+

Avstraliyada koronavirusu 48 saat ərzində məhv edəcək preparatın sınaqları keçirilir


Avstraliya alimlərinin apardığı tədqiqatlar parazit əleyhinə "İvermektin” preparatının sınaq şüşəsindəki virus hissəciklərinin çoxalmasının qarşısını effektiv şəkildə aldığını göstərir.

AZƏRTAC "Antiviral Research” elmi jurnalına istinadla xəbər verir ki, Melburndakı Kral xəstəxanasının bazasında keçirilən laboratoriya tədqiqatlarının nəticələri parazit əleyhinə "İvermektin” preparatının SARS-CoV-2 virusunun artmasını 48 saat ərzində dayandırdığını təsdiqləyib. Tədqiqatın aparıcı müəllifi doktor Kayli Vaqstaffın sözlərinə görə, hələlik preparatın effektivliyi yalnız laboratoriya şəraitində sübut olunub və onu klinik sınaqların gedişində də təsdiqləmək lazımdır.

"İvermektin”in virusa təsir mexanizmi məlum deyil. Preparatın effektivliyinin əsasında virusun hüceyrə immunitetinə təsirini aradan qaldırmaq qabiliyyətinin durduğu ehtimal edilir.

Mütəxəssislər qeyd edirlər ki, laboratoriya şəraitində sübut olunan effektivliyinə baxmayaraq, preparat hələlik insanlarda koronavirusun müalicəsində və ya profilaktikasında istifadə oluna bilməz. Bu preparatın koronavirus infeksiyası ilə mübarizədə istifadəsi gələcəkdə onun təhlükəsizliyini və effektivliyini müəyyən edəcək klinik sınaqların nəticələrindən asılı olacaq.

"İvermektin” insanların və ev heyvanlarının endo və ektoparazit xəstəliklərindən müalicəsi üçün istifadə edilir. Preparatın kəşfi 2015-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video