09 Aprel 2020 14:54
486
CƏMİYYƏT
A- A+

ÜST-nin Avropa regionunda COVID-19: ümidverici xəbərlər olsa da, vəziyyət əvvəlki kimi təhlükəlidir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda qeydə alınmış koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 687236-ya çatıb, artıq 52824 nəfər bu xəstəliyin qurbanına çevrilib. Bu, qlobal miqyasda bütün yoluxma hallarının təxminən yarısıdır.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜST-nin Avropa regionuna daxil olan Amerika Birləşmiş Ştatları yoluxmanın miqyasına görə hazırda liderdir. Onun ardınca İspaniya, İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və İsveçrə gəlir. ÜST-nin regional bürosunun direktoru Hans Klyugenin sözlərinə görə, COVID-19 virusunun daxildə ötürüldüyü müşahidə olunan bəzi Avropa ölkələrində koronavirusa yeni yoluxma hallarının azalma əlamətləri nəzərə çarpır. Digər ölkələrdə isə ya yeni yoluxma hallarının sürətlə artması, ya da virusun baş qaldırması müşahidə olunur. Türkiyədə epidemiyanın sürətlə yayılması prosesi gedir. Bununla yanaşı, yoluxmaların 60 faizi İstanbulun payına düşür. Xəstəliyə tutulanların sayı İsraildə, Ukraynada, Belçika və Norveçdə getdikcə artır. İsveçdə isə yeni yoluxmanın baş qaldırması qeydə alınıb.

Bununla belə, İspaniya yoluxanların sayına görə İtaliyanı "ötüb keçdiyinə" baxmayaraq, xəstəliyə tutulanların sayının artım tempində, həmçinin ölüm hallarının sayında da azalma qeydə alınıb. İtaliyada virusun yayılması əhəmiyyətli dərəcədə azalıb.

Almaniyada da yeni yoluxmaların sayı azalıb. Digər ölkələrdə də, o cümlədən Avstriya, Niderland və İsveçrədə vəziyyət sabitləşir.

"Bununla yanaşı, yaşı 60-dan yuxarı olan insanlarda ağırlaşma ehtimalı var. Bu yaxınlarda Böyük Britaniyada 5 yaşlı uşağın və Belçikada yeniyetmənin ölümü ondan xəbər verir ki, bu xəstəlik bəzən uşaq və gənclərin ölümünə səbəb ola bilər", - deyə ÜST-nin Avropa bürosunun rəhbəri nəzərə vurğulayıb.

Ölənlərin 95 faizini yaşı 60-dan yuxarı olan insanlar təşkil edir, özü də onlardan üçdə ikisi kişilərdir. Onların əksəriyyəti ürək-damar xəstəliklərindən və diabetdən əziyyət çəkənlərdir.

Doktor Klyuge deyib: "Virus haqqında biliklərimiz və bir sıra ölkələrdən gələn bəzi pozitiv siqnallar hələ qələbə demək deyil. Məhz indi "hücumu zəiflətməmək", əksinə, bütün ölkələrdə və bütün regionlarda "səylərimizi dəfələrlə artırmaq lazımdır".

"Bizim strategiyamızda hər hansı dəyişikliklər – karantin rejiminin və sosial məsafənin zəiflədilməsi çox diqqətlə düşünülməlidir. Bunu yalnız virusun harada cəmləndiyinə və səhiyyə xidmətlərinin onun öhdəsindən necə gəlmələrinə tam əmin olandan sonra etmək mümkündür", - deyə vurğulayan ÜST-nin Avropa bürosunun rəhbəri bildirib ki, ÜST epidemiyanın müxtəlif mərhələlərində olan ölkələrə dəstək göstərir. Məsələn, bu günlərdə ÜST ekspertləri COVID-19 virusuna qarşı mübarizədə Belarusa yardım etmək üçün bu ölkəyə yollanıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video