09 Aprel 2020 13:05
461
CƏMİYYƏT
A- A+

Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar


2019-cu ildə əhalinin, xüsusən də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə geniş sosial paket reallaşdırılıb. Belə ki, sosial müavinət və təqaüdlər orta hesabla 92 faiz, minimum pensiyanın məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz artırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

"Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının orta hesabla 50 faiz artırılması təmin edilib. Qeyd olunan artımların maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edib”, - deyə Əli Əsədov qeyd edib.

Baş Nazir vurğulayıb ki, 2019-ci ildə sosial siyasətin ən mühüm hadisələrindən biri də icbari tibbi sığortaya keçid üçün hazırlıq işlərinin tamamlanması olub. Bunu, Azərbaycanın səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirmək olar. İcbari tibbi sığorta sisteminə keçidin əsas məqsədi əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təşkil etmək, sərf olunan xərclərin daha ədalətli və səmərəli bölgüsünü təmin etməkdir.

Qeyd edilib ki, məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və onların üzləşdikləri problemlərin aradan qaldırılması məqsədilə son 16 il ərzində dövlət tərəfindən genişmiqyaslı işlər görülüb, müasir yaşayış kompleksləri, qəsəbələr salınıb.

"Şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi sosial təminat sahəsində Prezidentin irəli sürdüyü önəmli təşəbbüslərdən biri kimi qeyd edilməlidir. Bu vəsait 12 min şəhidimizin 18 min vərəsəsinə tam şəkildə ödənilib”, - deyə Əli Əsədov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video