09 Aprel 2020 12:55
599
İQTİSADİYYAT
A- A+

Əli Əsədov: 2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib


Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin gücləndiyi bir şəraitdə islahat proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib. Belə ki, 2018-ci illə müqayisədə Ümumi Daxili Məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı isə 1,8 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

Qeyd olunub ki, hesabat ilində əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olub. "Xüsusi olaraq qeyd etmək istərdim ki, makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin həyat səviyyəsinin qorunması məqsədilə hökumət inflyasiyanın minimal səviyyədə saxlanılmasına böyük əhəmiyyət verir. Həyata keçirilən tədbirlər nəticəsində inflyasiyanın səviyyəsi 2019-cu ildə 2,6 faiz təşkil edib. Hesabat ilində ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə olmaqla 4,8 faiz təşkil edib. Perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaq”, - deyə Baş Nazir vurğulayıb.

Əli Əsədov bildirib ki, 2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil edib. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əməkhaqqı isə 14 faiz bəndi üstələyib.

Baş Nazir deyib: "Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya 104,5 faiz, xərcləri isə 24,4 milyard manat və ya 97,0 faiz səviyyəsində icra olunub. Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlib, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artıb. Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 milyard dollara çatıb və ÜDM-in həcmini üstələyib. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 milyard dolları ötüb. Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 milyard 91 milyon ABŞ dolları təşkil edib. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9 faizini təşkil edib. Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artıb. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video