Alternative content

18:28 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan bu çətin günlərdə də sosial dövlət olduğunu sübut edir
Azərbaycan bu çətin günlərdə də sosial dövlət olduğunu sübut edir
ANA SƏHİFƏ / SİYASƏT
00:48 09.04.2020


Dünyanın canına və malına qənim kəsilən koronavirus meydan sulamaqda davam edir. Az qala bütün bədən orqanlarını köçürə bilən tibb, demək olar heç nədən canlı varlıq yaratmağı bacaran biologiya elmləri hələ ki bu virusun əlində aciz qalıblar. Hətta o dərəcədə ki, "döyüş meydanı”ndan çəkilərək insanlara evlərinə sığınmaqdan savayı təkliflərinin olmadıqlarını etiraf edirlər.

İndi gözümüzlə gördüyümüz Bakıya, dünyanın televiziya ekranlarından seyr etdiyimiz digər şəhərlərinə baxanda adamın ürəyi ağrıyır. Hər yerdə həyat sönüb, sanki bəşəriyyətin sonu gəlib. Sən demə, doğrudan da yer üzünün əşrəfi insanmış. Hanı paytaxtımızın qulaqbatıran səy-küyü, iynə atsan yerə düşməz insan kütləsi, basırıq avtobusları, metrosu, lap elə bəzən saatlarla vaxtımızı və əsəbimizi alan tıxacları... Nə şükürsüz adamlarmışıq ki, bilməmişik o günlərin qədrini, ləzzətini.

Amma korona adlı virusdan asılı olan yaman günlərin ömrünün uzun çəkməyəcəyinə ümidimizi üzmürük. Həmin ümidi isə bizə ilk gündən COVID-19-a amansız savaş elan edən dövlətimiz verib. Bu yolda dövlətin hansı tədbirlər gördüyünü sadalamaq fikrindən uzağıq. Onların hamısını nəinki eşitmişik, hətta günü bu günəcən yaşayırıq. Və yaşaya-yaşaya dərk edirik ki, getdikcə sərtləşdirilən həmin tədbirlər bizi evlərimizə qovsa da, koronanın qənimidir.

Lakin Azərbaycan dövləti təkcə lənətə gəlmiş məlum virusla mübarizə aparmır, həmçinin onun sosial həyatımıza və iqtisadiyyatımıza vurduğu ziyanın minimuma endirilməsi üçün tədbirlər görür. "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Baş Nazirin sərəncamının bu baxımdan mühüm əhəmiyyəti var. Əvvəlcədən qeyd edək ki, əhalinin çoxdan gözlədiyi bu sənəddə iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur. Sərəncamda birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir ki, burada da məqsəd iş yerlərinin sayının azaldılmasının qarşısını almaq və həmin sektorda çalışanların işləməsələr belə əməkhaqlarının ödənilməsini təmin etməkdir. Sərəncama əsasən, hər hansı vətəndaş kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsinə malikdirsə, bu zaman ona dövlət tərəfindən maddi dəstək veriləcək.

Sənəddə bildirilir ki, muzdla çalışan belə işçilərin sayı 300 min nəfərdir və onlara 215 milyon manat vəsait ayrılacaq. Bu isə o deməkdir ki, hər bir muzdla çalışan işçi orta hesabla 716 manat dövlətdən dəstək alacaq. Mütəxəssislər bildirirlər ki, bu zaman əməkhaqqı səviyyəsindən asılı olaraq həmin məbləğ dəyişə bilər. Amma bütün hallarda dövlətin bu dəstəyindən 300 min muzdlu işçinin faydalanacağı şübhəsizdir.

Sənəddə fərdi sahibkar kimi fəaliyyət göstərən vətəndaşlar da yardımdan kənar qalmayıblar. Bu cür sahibkarlara proqramda 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Onu da qeyd edək ki, belə sahibkarların da sayı 300 min nəfərdir. Yəni hər bir VÖEN-lə işləyən bu cür fərdi sahibkarların hər biri orta hesabla 267 manat dövlət yardımı ala biləcək, təbii ki, yenə də müxtəlif fərqlərlə.

Tədbirlər Planında vergi güzəştləri də nəzərdə tutulur və onlar bu aydan başlayaraq tətbiq olunacaq. Sənəddə fərdi sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətli güzəştin tətbiqi planlaşdırılır. Bu o deməkdir ki, VÖEN-lə işləyən belə sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o, bu zaman sadələşmiş vergi subyekti kimi güzəşt əldə edəcək.

Sənəddə həmçinin əmlak və torpaq vergisindən müddətli azadolmalar, eləcə də mənfəət və gəlir vergisinə güzəştlər edilməsi də nəzərdə tutulur.

Bunlardan əlavə, təsdiqlənən Tədbirlər Planında işləməyən ölkə vətəndaşlarına da vəsait ayrılması qərara alınıb. İlk növbədə nəzərə çatdıraq ki, sərəncama əsasən, müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun aktiv olduğu dövrdə 50 min haqqı ödənilən yeni iş yeri açılacaq. Bu məqsəd üçün büdcədən 30 milyon manat vəsait ayrılıb. Həmçinin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslərə yaşayış minimumu həcmində, yəni 190 manat birdəfəlik ödəniş veriləcək.

Yeri gəlmişkən, qeyd edək ki, ölkə üzrə belə şəxslərin sayı 200 min nəfərdir. Sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin ali məktəblərdə oxuyan tələbə övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsini və bu məqsəd üçün büdcədən 40 milyon manat vəsaitin ayrılmasını, eləcə də aprel və may ayları üçün elektrik enerjisinin istehlakına tətbiq edilən limitin artırılmasını da nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan bu çətin günlərdə də sosial dövlət olduğunu növbəti dəfə təsdiqləyir.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM