Alternative content

19:17 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət başçısının daha bir humanist addımı
Dövlət başçısının daha bir humanist addımı
ANA SƏHİFƏ / SİYASƏT
00:46 09.04.2020


Növbəti əfv sərəncamı ilə 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzasının çəkilməmiş hissəsindən azad edildi


Dünyada koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyi bu günlərdə Azərbaycan vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət başçısı tərəfindən qaldırılan təşəbbüslər, həyata keçirilən təxirəsalınmaz tədbirlər, o cümlədən karantin rejiminin daha da möhkəmləndirilməsi geniş ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər an doğma xalqının, onun ən həssas təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olanların yanında olması, maddi-mənəvi dəstək göstərmələri birmənalı şəkildə dualar və alqışlarla qarşılanır.

Bu çətin sınaqlı günlərdə Azərbaycan Prezidentinin daha bir humanist addımı da xalq-hakimiyyət vəhdətinin heç zaman azalmayacağını ortaya qoydu.

Koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə əsasən, dövlət başçısı məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi ilə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli sərəncam imzaladı.

Bu da 176 məhkumun, o cümlədən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi deməkdir.

Əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdür. Unutmayaq ki, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən prezidentliyi dövründə 4871 şəxs əfv edilib. Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları isə 40412 şəxsi əhatə edib ki, onlardan da 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.

Geniş ictimaiyyətin, eləcə də seçicilərinin fikirlərini ümumiləşdirən millət vəkillərinin mətbuata açıqlamalarında qeyd edilir ki, bu, eyni zamanda Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi. Milli Məclisin deputatı Vüqar İskəndərovun fikrincə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib: "...Yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində atılan bu addım bütün vətəndaşlarımız kimi, məhkumların da sağlamlığının daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirdi. Məhz buna görə də hesab edirəm ki, cəmiyyətimizdə, ictimai rəydə olduqca müsbət hadisə kimi qarşılanan bu addım ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi”.

Bəli, Milli Məclisin deputatlarının xüsusi vurğuladıqları kimi, məhkum olunmuş 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən belə bir çətin vaxtda azad edilməsi dövlətin humanizm prinsiplərinin, dəyərlərinin yüksək həddə olduğunun göstəricisinə çevrilib. Deputat Rauf Əliyev də bu fikirləri təsdiqləyib: "Prezident İlham Əliyevin imzaladığı sərəncam cinayət törətmiş şəxslərə qarşı humanist addım olmaqla yanaşı, dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən göstərdi. Koronavirus təhlükəsindən qorunmağa çalışan insanlar bu sərəncamı ruh yüksəkliyi ilə qarşıladılar. Əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi”.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM