Alternative content

17:59 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfv olunanlar dövlət başçısına minnətdarlıqlarını bildirdilər
Əfv olunanlar dövlət başçısına minnətdarlıqlarını bildirdilər
ANA SƏHİFƏ / SİYASƏT
00:42 09.04.2020


Ölkəmizin bir sıra cəzaçəkmə müəssisələrində əfv olunanlarla bağlı xoş xəbər neçə-neçə ailəyə sevinc, insanlara xoş ovqat bəxş etmişdir. Bu, Azərbaycan Prezidentinin 2020-ci il aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının sədasından yaranmış reallıq idi.

Ölkə başçısı dünyada koronavirus (COVID - 19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətlərini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq 2020-ci il aprelin 6-da əfv sərəncamı imzalamışdır. Sərəncam aprelin 7-də ölkəmizin bir sıra cəzaçəkmə müəssisələrində səhər saatlarından icra edilməyə başlanmışdır. Sərəncama əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Onların arasında 2 nəfər ömürlük cəzadan azad ediləndir.

Xatırladaq ki, Azərbaycanda ölüm hökmünün ləğv edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlətçilik təcrübəsinə malik Ulu Öndər 1993-cü ildə respublikada ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bilavasitə onun təşəbbüsü ilə ölüm hökmü ləğv edilmiş, çoxsaylı əfv sərəncamları imzalanmış, amnistiya aktları qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, 1995-ci ildən bəri məhkum edilmiş şəxslərə tətbiq edilən sayca 67-ci əfv sərəncamıdır. Həmin sərəncamlara əsasən minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları azaldılıb. Dövlət başçısının bu humanizm siyasətinin davamı kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 10 mindən çox insana şamil edilən amnistiya aktı həyata keçirilmişdir. Ümumiyyətlə, dövlət başçısının imzaladığı sərəncamlara əsasən indiyə kimi 4871 şəxs əfv edilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə etmiş, onlardan 8580 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunmuşdur.

Bu xoş xəbərin sorağı ilə respublikamızın cəzaçəkmə müəssisələrinin qarşısına xeyli adam toplaşmışdı. Həddindən artıq həyəcanlı görünən bu insanlar doğmalarını qarşılamağa, vaxtından əvvəl baş verən bu görüşün sevincini elə cəzaçəkmə müəssisəsinin çıxışında bölüşməyə, heç nə ilə əvəz oluna bilməyən bu yaxşılığı onlara bəxş edən insanlara minnətdarlıqlarını bildirməyə gəlmişdilər. Ancaq biləndə ki, azadlığa buraxılmış məhbusların bundan sonrakı taleyi, sağlamlığı Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin xüsusi nəzarətindədir, onlar daha da qürurlandılar. Belə ki, əfv haqqında rəsmi sənədlərin təqdimatından sonra onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzdindəki xəstəxanada, koronavirusa qarşı mübarizə məqsədilə yaradılmış məkanlarda karantin rejiminə götürüldülər. Məhkumlara göstərilən bu qayğını, bu missiyanı ictimaiyyətin nümayəndələri rəğbətlə qarşıladılar. 176 məhbus və onları evində, ailəsində görmək istəyənlər azadlığın və sağlamlığın həyatda böyük nemət olduğuna bir daha inandılar. Azadlığa buraxılanların, eləcə də onları qarşılamağa gələnlərin həyəcanlı çöhrələrində sevinc qarışıq təbəssüm hiss olunurdu. Bu insanların hamısı dünyanın belə narahat günlərində onları sevindirən, onlara ikiqat həyat və azadlıq ovqatı bəxş edən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dönə-dönə minnətdarlıqlarını bildirdilər.

Rəhman SALMANLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM