Alternative content

18:03 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantin günlərində qayğıya ehtiyacı olanlar diqqət mərkəzində saxlanılır
Karantin günlərində qayğıya ehtiyacı olanlar diqqət mərkəzində saxlanılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:40 09.04.2020


Ağdaşda aztəminatlı ailələrə ərzaq yardımı edilib


Bu gün bütün bəşəriyyət qlobal pandemiya olan koronavirus təhlükəsi ilə üz-üzədir. Demək olar ki, Şərqdən Qərbə, Şimaldan Cənuba qədər bütün dövlətlərin sərt tədbirlər həyata keçirmələrinə baxmayaraq, virus insanlar arasında sürətlə yayılmaqdadır. 200-dən artıq ölkədə virusa yoluxanların sayının 1,5 milyon nəfərə yaxınlaşması, xəstəlikdən vəfat edənlərin sayının 85 minə çatması COVID-19 infeksiyasının nə dərəcədə təhlükəli olduğunu göstərir.

Azərbaycanda virusun ilk nişanəsi görünən kimi sosial izolyasiya tədbirlərinə start verildi. İnfeksiyaya yoluxmanın qarşısını almaq üçün xüsusi rejim dövrü aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib. Risk qrupunda olduqları üçün 65 yaşından yuxarı vətəndaşların evdən bayıra çıxmaları qadağan edilib.

Bu həssas günlərdə özünü qabarıq göstərən başqa bir məsələ isə respublikamızın hər yerində dövlət orqanları, ictimai təşkilatlar və ayrı-ayrı şəxslərin xeyriyyə və sosial aksiyalar həyata keçirmələridir. Məqsəd aztəminatlı ailələrin, ehtiyacı olanların, əlillərin, tənha yaşayanların karantin rejimi zamanı yarana biləcək sosial ehtiyaclarını təmin etmək, onlara maddi və mənəvi dəstək olmaqdır. Belə aksiyalardan biri bu günlərdə Ağdaş rayonunda keçirilib. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov tərəfindən keçirilən humanitar aksiyada rayonda 200 aztəminatlı ailəyə yardım edilib, onlara ərzaq və gigiyenik məhsullar verilib.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Cavid Osmanov dedi: "Qlobal pandemiyaya çevrilən koronavirus infeksiyasının yayılması mənfi fəsadları ilə yanaşı, xalqımıza xas gözəl milli və mənəvi dəyərləri də ortaya qoydu. Belə ki, bu günlərdə hər bir vətəndaşımızın nümayiş etdirdiyi dəyər milli həmrəylikdir. Sosial izolyasiya və karantin rejiminin tələblərinə əməl edilməsi, ilk növbədə, milli həmrəyliyin təcəssümüdür. Vətəndaşlar evdə qalarlarsa, karantin rejiminin tələblərinə əməl edərlərsə, koronavirus infeksiyasının da yayılmasının qarşısı alınar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz birlikdə güclüyük”. Məhz bu birliyimiz Azərbaycanın koronavirusa qalib gəlməsini təmin edəcək”.

Ehtiyacı olanlara yardıma gəldikdə Cavid Osmanov dedi ki, hələ mart ayında Heydər Əliyev Fondunun keçirdiyi tədbir hər kəs üçün nümunədir: "Belə məsələlərdə nümunə ortaya qoyan Heydər Əliyev Fondu hələ bir müddət əvvəl bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb, qeyd olunan müəssisələr dezinfeksiya edilib”.

Cavid Osmanov bildirdi ki, respublikamızda koronavirusa yoluxmanın qarşısının alınması, vətəndaşların təhlükəsizliyinin və sağlamlığının qorunması üçün bütün addımlar atılır. Bütün məsələlər Prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısının son dövrlərdəki bütün çıxışlarının baş mövzusu koronavirusun yayılmasının qarşısının alınmasıdır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında xalqa müraciət edən cənab İlham Əliyev bir daha hər kəsi məsuliyyətli olmağa səsləyərək, özlərini, yaxınlarını və ailə üzvlərini qorumağa çağırdı.

Qlobal problemə çevrilən koronavirusun bir çox dövlətlər üçün təhdid yaratdığını deyən Cavid Osmanov bildirdi ki, Azərbaycanda vaxtında sosial izolyasiya və karantin rejimi tətbiq olundu və respublikamız bu sınaqdan da layiqincə çıxacaq: "Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Dövlət qurumlarının bu məsələdə operativ fəaliyyəti, təxirəsalınmaz tədbirlərin, o cümədən operativ şəkildə sosial izolyasiya mexanizminin işə salınması göstərir ki, hər bir vətəndaşın təhlükəsizliyi və sağlamlığı əsasdır. Eyni zamanda Azərbaycan koronavirusla mübarizədə tibbi baxımdan hər cür potensiala malikdir. Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Ona görə də respublikamızın bu sınaqdan da layiqincə çıxacağına şübhə yoxdur”.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM