Alternative content

18:16 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan koronavirusla mübarizədə bir çox Avropa ölkələrini qabaqlayıb
Azərbaycan koronavirusla mübarizədə bir çox Avropa ölkələrini qabaqlayıb
ANA SƏHİFƏ / SİYASƏT
00:39 09.04.2020


Bir neçə aydır bütün dünya COVID-19 adlı bəlayla mübarizəyə atılıb, qlobal pandemiyaya qarşı savaşır. Bu savaşda müxtəlif üsullara əl atılır, yeni "silahlar” - peyvənd və dərmanlar yaratmağa çoxsaylı cəhdlər edilir. Buna baxmayaraq hələ də dünya koronavirusa uduzur. Bu kiçik mikroorqanizm planetimizə yayılmağa, insanları yoluxdurmağa davam edir.

Lakin yeni tip koronavirusla mübarizədə tibb aləminin qeyd-şərtsiz qəbul etdiyi bir əsas şərt var. Virusun yayılmasının qarşısını almaq üçün, ilk növbədə, ona yoluxan şəxsləri tez aşkarlamaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da rəyinə əsasən COVID - 19 pandemiyası ilə mübarizədə vacib şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir.

Yoluxma sürəti olduqca yüksək olan bu virusla mübarizənin effektiv nəticəsi məhz qabaqlayıcı, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib zamanında aşkarlanması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də testlərin keçirilməsinə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək, ünsiyyətdə olduqları şəxsləri müəyyənləşdirmək və nəticədə yeni yoluxmaların qarşısını almaq mümkündür.

Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm qabaqlayıcı və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

COVID-19-a yoluxma faktlarının müəyyən olunduğu ilk dövrlərdə Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə isə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. İlkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı xeyli artıb. Aprelin 7-nə olan məlumata görə, Azərbaycanda COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Təbii ki, imkanların genişlənməsi nəticəsində yoluxma hallarının da müəyyənləşdirilməsi artıb. Müayinələrin vaxtında aparılması COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Çünki yoluxanların yalnız 20 faizində xəstəlik açıq şəkildə özünü büruzə verir. Koronavirusun inkubasiya dövrü çox olduğundan xəstəliyin üzə çıxması 14-28 günədək çəkə bilər. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslər bir neçə mərhələdə testdən keçirilir. Son bir həftə ərzində keçirilən testlərin analizi göstərir ki, xaricdən gələn çoxlu sayda insanda yoluxma halları müşahidə olunub. Həmçinin ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, indi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. İnsanların daxildə bir-birini yoluxdurma hallarının qarşısının alınması üçün də Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür, vətəndaşının sağlamlığı, təhlükəsizliyi üçün vacib qərarlar qəbul edir.

Hazırda ölkədə əhalinin koronavirusa dair müayinələrinin keçirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir. Yeni müvafiq laboratoriyalar qurulur, tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Martın 28-də isə Bakıda "Yeni klinika” tibb müəssisəsi açıldı. Bu müəssisədə də koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Orada 575 çarpayı nəzərdə tutulur. Tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.

Prezident İlham Əliyevin aprelin 7-də imzaladığı "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən isə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq. Bu məqsədlə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon manatı Maliyyə Nazirliyinə ayrılıb. Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə imzalanıb.

Görülən bütün bu işlər bir daha təsdiq edir ki, Azərbaycanda koronavirusla mübarizə kompleks şəkildə aparılır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus da ölkələrin liderlərinə ünvanladığı məktubda COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edib. Bu da koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü bir daha təsdiqləyir.

Bəli, dövlətimiz koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində lazım olan bütün mühüm tədbirləri həyata keçirir. Görülən işlər, qəbul edilmiş qərarlar isə bir məqsəd güdür - vətəndaşları maksimum dərəcədə qorumaq və bu ağır sınaqdan az itkilərlə çıxmaq.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM