Alternative content

18:45 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin sağlamlığının qorunması ən ümdə vəzifədir
Əhalinin sağlamlığının qorunması ən ümdə vəzifədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:33 09.04.2020


Koronavirus pandemiyası bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Bu təhlükəli virusun yayıldığı bütün ölkələrdə tələbatın kəskin artması səbəbindən tibbi ləvazimat və qoruyucu vasitələrin, həmçinin maskanın böyük qıtlığı yaşanır. Belə bir vaxtda istehsalçı ölkələr tibbi maska, eyni zamanda, istehsal avadanlığı və xammalın ixracını dayandırıblar.

Problemlərin aradan qaldırılması, əhalinin sağlamlığının təmin olunması məsələsinə Azərbaycan dövləti xüsusi diqqət və həssaslıqla yanaşır. Ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığı ilə qısa müddətdə aidiyyəti dövlət qurumları tibbi maska istehsalı avadanlığının və xammalın respublikamıza gətirilməsinə nail olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Dövlət başçısı müəssisə ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciət edib. O, respublikamızda tibbi maska istehsalının başlanmasını çox əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, indi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda tibbi maska çatışmazlığı var və biz bu sahədə daim idxaldan asılı idik. Prezident İlham Əliyev indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsalın təşkil edildiyini vurğulayıb.

Koronavirusla mübarizədə maskalardan istifadənin xüsusi əhəmiyyət daşıdığı bir vaxtda dünyanın bir çox ölkələrində bu sahədə problemlər meydana çıxıb. Prezident İlham Əliyev Azərbaycanda da qıtlıq yarandığını, bəzi hallarda apteklərdə tibbi maskalar olmadığını nəzərə çatdırıb. O, bu istehsalın bizə özümüzü təmin etməyə imkan verəcəyini və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycanın artıq idxaldan asılı olmayacağını açıqlayıb.

Dövlət başçısı qısa müddətdə Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalının da təşkil edildiyini vurğulayıb: "Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir - tibbi maskalar və dezinfeksiya vasitələri”.

Prezident İlham Əliyev istehsala nail olunmaqla işlərin bitmədiyini nəzərə çatdırıb. Bildirib ki, indi əsas məsələlərdən biri apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının olmasıdır. Ölkə başçısı deyib: "Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etdiyini, ancaq bu istehsalat sahəsinin xüsusi əhəmiyyət daşıdığını söyləyən Prezident İlham Əliyev açıqlayıb: "Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”.

Hazırda dünyanın inkişaf etmiş ölkələrində hər gün koronavirusa yoluxmuş yüzlərlə insan həyatını itirir. Heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılmasının geniş vüsət almadığını vurğulayan ölkə başçısı görülmüş işlərdən danışıb.

Azərbaycan dünyada koronavirus xəstəliyinə yoluxanların aşkara çıxarılması üçün ən çox test keçirən ölkələrdəndir. Prezident İlham Əliyev deyib: "Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik”.

Prezident nəzərə çatdırıb ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Həmin xəstəxanaların arasında martın sonunda açılmış, ən müasir xəstəxanamız - "Yeni klinika” da var. Eyni zamanda, bu il martın əvvəlində bölgələrdə Prezident İlham Əliyevin iştirakı ilə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilib. Hazırda Qazax, Goranboy və Şəmkir rayonlarında yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Ölkə başçısı yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılmasının nəzərdə tutulduğunu da açıqlayıb. Qeyd edib ki, bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcək.

Ciddi karantin rejiminin ayın 20-nə qədər qüvvədə qalacağını, ondan sonra yaranacaq vəziyyətə uyğun şəkildə addımlar atılacağını bildirən Prezident İlham Əliyev Azərbaycan dövlətinin hər bir vətəndaşının həyatını, sağlamlığını qorumaq üçün lazımi tədbirləri həyata keçirdiyini və bundan sonra da qətiyyətlə öz yolunu davam etdirəcəyini bir daha nəzərə çatdırıb. Ancaq insanlar da məsuliyyətli olmalı, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Prezident İlham Əliyev bir daha ölkə vətəndaşlarına müraciət edib: "Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM