Alternative content

17:13 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu bəlaya qalib gələcəyik!
Bu bəlaya qalib gələcəyik!
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:28 09.04.2020


Təhlükəli və vahiməli COVID-19 dünyanı dolaşmaqda və yeni-yeni fəlakətlər gətirməkdədir. Son günlər Azərbaycanda da bu infeksiyaya yoluxma halları artır. Bu, təbii ki, böyük narahatlıq doğurur. Hamı ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artmasının səbəblərini bilmək istəyir.

Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır.

Xatırladaq ki, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir.

Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı. İndi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır.

Azərbaycanda da infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. Əvvəla, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin vaxt mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə isə ölkəmiz özü kifayət qədər testlər almağa başladı.

İlk vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi gündəlik müayinələrin sayı 1000-dən çoxdur. Artıq 35 mindən çox test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirməyi xeyli asanlaşdırıb.

Digər tərəfdən, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb.

Mütəxəssislərin fikrincə, koronavirusun inkubasiya dövrü o qədər də qısa deyil, yəni xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər.

Məlum olduğu kimi, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir.

Nəhayət, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır.

COVID-19-un qarşısının alınması, xalqımızın bu bəladan sağ-salamat, minimum itkilərlə çıxması üçün Azərbaycan dövləti çoxsaylı qabaqlayıcı tədbirlər görüb və onlar davam edir. Bu tədbirlər getdikcə geniş miqyas alır, xalqımızın sağlamlığına və mənafeyinə xidmət edir.

Bizdən tələb olunan isə gigiyenik qaydalara riayət etmək, karantinlə bağlı qoyulan qaydalardan kənara çıxmamaqdır. Hamı vətəndaş həmrəyliyi nümayiş etdirməlidir.

Bu çətin günlərdə "Evim mənim - qalam mənim” deyimi tez-tez yada düşür. Biz bu gün evimizi tərk etməməliyik ki, sabah iş yerlərimizə, doğmalarımızla görüşə, toya, konsertlərə gedə bilək. Dövlət başçısı, İlham Əliyev də xalqı buna çağırdı. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir ana kimi səsini ucaldaraq xalqı təmkin, səbir göstərməyə, qaydalara riayət etməyə səslədi.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM