09 Aprel 2020 00:25
425
CƏMİYYƏT
A- A+

Siyəzəndə dezinfeksiya işləri davam etdirilir


Respublikamızın hər yerində olduğu kimi, Siyəzəndə də COVID-19 pandemiyası ilə bağlı tibbi profilaktik tədbirlər davam etdirilir.

Rayonda əhalinin sağlamlığının müdafiəsi ilə əlaqədar mərkəzi küçələr, ictimai iaşə müəssisələri, təhsil ocaqları, yaşayış binaları dezinfeksiya edilir. Rayon mərkəzində yerləşən şəxsi həyət evləri də qabaqlayıcı tədbirlər qismində nəzarətə götürülüb. Həmin həyətlər səhərdən başlayaraq gün ərzində 2-3 dəfə təmizlənib dezinfeksiya olunur və əhaliyə evdə qalmaq, ehtiyac olmadıqda çölə çıxmamaq tövsiyə edilir.

Rayonda könüllülük hərəkatının üzvləri bu günlər daha böyük fəallıq göstərirlər. Əhali ilə maarifləndirmə işi aparır, yaşı 65-dən yuxarı insanlara sosial yardımlar göstərirlər.

İctimai nəqliyyat vasitələri də mütəmadi olaraq dezinfeksiya edilərək qısaldılmış marşrut xətlərinə buraxılır. Rayonda insanlar karantin rejiminin tələblərinə riayət edir, evdə qalmağa üstünlük verirlər. Siyəzəndə fəaliyyət göstərən operativ qərargah rayon sakinlərinin çağırışlarına həssaslıqla yanaşır və ortaya çıxan problemlər yerindəcə həll edilir.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video