Alternative content

07:47 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Evdə qal, evdə yarat”
“Evdə qal, evdə yarat”
ANA SƏHİFƏ / Mədəniyyət
00:22 09.04.2020


Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi karantin rejimi ilə bağlı qərara uyğun olaraq tənzimlənir


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarına əsasən, ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan karantin dövründə xüsusi iş rejimi tətbiq edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti də sözügedən qərara uyğun olaraq tənzimlənir. Nazirliyin aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələr, eləcə də aparıcı mədəniyyət müəssisələri fəaliyyətlərini videokonfrans rejimində davam etdirirlər. Müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında çalışması da təmin olunub. Bu günlər ərzində mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirilir. Layihələr ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Nazirliyin təşəbbüsü ilə başlanan "Evdə qal, evdə yarat” kampaniyasına da yaradıcı insanlarımız öz dəstəyini verir.

Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı tərəfindən "Bizi birləşdirən mədəniyyət” adlı telelayihələrə artıq start verilib. Aprelin 1-dən televiziya ilə gündəlik musiqi dərsləri, Beynəlxalq Muğam Mərkəzindən tanınmış ifaçıların iştirakı ilə canlı konsert proqramlarının yayımına başlanılıb. Layihə çərçivəsində uşaqlar üçün kukla, böyüklərə mono-tamaşaların nümayişi də nəzərdə tutulub.

"Yaradıcılığıı evdə öyrən - özünü kəsəf et və bacarıqlarınla tanın” adlı daha bir yeni layihə də öz işinə başlayıb. Bu proqram insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq. Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulub.

Layihə uşaq və yeniyetmələrin də xüsusi marağına səbəb olacaq. Hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılıb. Eyni zamanda, evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bunu daha da təkmilləşdirə biləcəklər.

Martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında "Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirliklə telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri ilə bağlı birgə layihələr də hazırlanır.

Nazirliyin rəsmi internet saytında (mct.gov.az) və sosial şəbəkə səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, faydalı mənbələrə keçidlər var. "Uşaq musiqi və incəsənət məktəbləri tədris portalı”nda (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi video-dərslər yerləşdirilib.

Teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları "Youtube” kanalı və sosial şəbəkə səhifələrində nümayiş etdirirlər. Kitabxanaların zəngin elektron resurslarından istifadə imkanları, onlayn xidmətləri bu günlər daha da genişləndirilir.

İnsanlar evlərində oturub muzeylərimizin ekspozisiyalarını virtual ziyarət edə bilir, mədəni irsimizlə bağlı onlayn mühazirələri dinləyir, maraqlı məlumatlarla tanış olurlar. Mədəniyyət qoruqlarının virtual ziyarət imkanları da mövcuddur.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM