Alternative content

23:44 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Boeing” konserni 737 MAX laynerlərində iki yeni problem aşkarlayıb
“Boeing” konserni 737 MAX laynerlərində iki yeni problem aşkarlayıb
ANA SƏHİFƏ / DÜNYA
20:52 08.04.2020
 
Amerikanın "Boeing” konserni 737 MAX laynerlərinin proqram təminatında iki yeni problem aşkarlayıb.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, nasazlıqlar uçuş idarəetməsi sisteminə aiddir və təyyarələrin 2020-ci ilin ortalarına qədər istifadəyə qaytarılması vaxtına təsir etməyəcək.

Xatırladaq ki, Efiopiya və İndoneziyada baş verən iki aviasiya qəzasından sonra bütün dünyada "Boeing 737-MAX 8” təyyarələrinin uçuşları dayandırılıb. 2019-cu il martın 10-da "Ethiopian Airlines” aviakompaniyasına məxsus "Boeing 737 MAX” təyyarəsi Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın "Lion Air” aviakompaniyasına məxsus "Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması 181 sərnişin və 8 ekipaj üzvünün ölümü ilə nəticələnmişdi.

Aşkar edilən yeni problemlərdən biri mikroprosessorun müvafiq komanda olmadan təyyarəni hündürlük yığmağa və ya itirməyə məcbur edən "hipotetik səhvi” ilə bağlıdır. Hər iki qəza zamanı 737 MAX-ın təhlükəsizlik sistemi təyyarələrin avtomatik hündürlük itirməsinə gətirib çıxarıb.

Daha bir nasazlıq isə təyyarənin enişə hazırlığı əsnasında avtopilot rejiminin söndürülməsinə səbəb ola bilər. Yeni problemlərin heç biri uçuş zamanı müşahidə edilməyib, lakin proqram təminatına edilən düzəlişlər onların yaranmasının qarşısını almağa imkan verəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM