08 Aprel 2020 16:40
665
DÜNYA
A- A+

Avropanın bəzi dövlətləri karantini yüngülləşdirmək niyyətindədir

Avstriya, Danimarka və Çexiya koronavirus pandemiyası üzündən əhali və biznes üçün tətbiq edilmiş karantini tədricən yüngülləşdirmək məqsədilə konkret planlar təqdim etmişdir. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.

Danimarkada uşaq bağçaları və ibtidai məktəblər aprelin 15-dən etibarən işini bərpa edəcək. Baş Nazir Mette Frederiksen müvafiq planı təqdim edərkən qeyd etmişdir ki, səhiyyə ekspertləri hökumətin qərarının ağlabatan olduğunu bildirmişlər.

Avstriyada bütün məktəblər bağlı qalacaq və onlayn təhsili mayın ortasınadək davam etdirəcək. Bununla belə, aprelin 14-dən sahəsi 400 kvadratmetrədək olan mağazalar, həmçinin inşaat materialları və bağ ləvazimatı satan ixtisaslaşmış ticarət müəssisələri işə başlaya biləcək. Qalan mağazalar, ticarət mərkəzləri və bərbərxanalar mayın 1-də açılacaq. Lakin bu barədə yekun qərar cari ayın axırlarında qəbul olunacaq.

Çexiyada açıq havada tennis və qolf kimi fərdi idman növləri ilə məşğul olmağa icazə verilmişdir. Bu gündən etibarən ev və bağ ləvazimatı, əl işləri satan mağazalar, həmçinin velosiped təmiri emalatxanaları açılacaq.

Qitənin bir sıra digər dövlətləri də məhdudiyyətləri yüngülləşdirmək barədə planlar cızır. Alimlər isə hökumətləri düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırırlar. Bəzi mütəxəssislər hesab edirlər ki, karantinin azacıq yüngülləşdirilməsi belə epidemiyanın ikinci dalğasının əmələ gəlməsi ilə nəticələnə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video