Alternative content

04:36 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:17 04.06.2020 BİLDİRİŞ
02:17 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:12 04.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli 74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 3 aprel tarixli 74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / Fərmanlar
16:02 08.04.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Toxumçuluq haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Torpaq icarəsi haqqında” və "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1592-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2017, № 1, maddə 38) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 2.1–2.6-cı bəndlər hesab edilsin;

1.2. 2.4-cü bənddə "9-cu maddəsinin səkkizinci hissəsində” sözləri "9-cu maddəsinin yeddinci hissəsində” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

"2.7. həmin Qanunun 9-cu maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini dövlət standartlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla), tikinti norma və qaydalarına, habelə təlimatlara, metodiki və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, əməyin mühafizəsi qaydalarına münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla) həyata keçirir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 219; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.2. nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq, bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak etmək;”;

2.2. 8.4-cü bənddən "öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın və həmin bəndə "qiymətləndirilməsi” sözündən sonra "(sahibkarlara münasibətdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.3. 8.12-ci bənddə "qanunvericiliklə” sözü "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2020-ci il.



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM