Alternative content

18:54 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham ƏLİYEV: “Bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır”
İlham ƏLİYEV: “Bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:44 08.04.2020


Yeni müəssisə özümüzü tibbi maskalarla təmin etməyə və idxaldan asılı olmamağa imkan verəcək


COVID-19-un qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən çoxşaxəli tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı həmişə olduğu kimi, bu çətin günlərdə də əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi qayğı ilə yanaşır. Prezidentin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olması buna aydın misaldır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmişlər. Dövlət başçısı belə bir müəssisənin fəaliyyətə başlamasını çox mühüm hadisə adlandırmışdır. Bu da təsadüfi deyil. Çünki koronavirus pandemiyası ilə əlaqədar tələbat kəskin artdığından bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın kəskin qıtlığı yaşanır. İstehsalçı ölkələr isə həm bu məhsulun, həm də istehsal avadanlığı və xammalın ixracını dayandırıblar.

Maskalardan istifadə koronavirusla mübarizədə xüsusi əhəmiyyət daşıyır. Odur ki, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmış, insanların tələbatına uyğun sayda tibbi maskalar tapmaq çətinləşmişdir. Yeni müəssisə isə özümüzü tibbi maskalarla təmin etməyə və koronavirusla mübarizə başa çatandan sonra da idxaldan asılı olmamağa imkan verəcək.

Müəssisə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə etməklə birinci mərhələdə hər gün 120 min tibbi maska buraxacaq. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq. İkinci mərhələdə istehsal həcmi iki dəfə artırılaraq gündə 200-250 min tibbi maskaya çatdırılacaq.

Dövlət başçısı ölkəmizdə eyni zamanda dezinfeksiya vasitələri istehsalının da təşkil edildiyinin əhəmiyyətini vurğulamışdır: "Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir - tibbi maskalar və dezinfeksiya vasitələri”.

Prezident apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının olmamasını da tapşırmışdır. Qeyd etmişdir ki, maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalının təşkili bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur qısa müddət ərzində yeni istehsalat sahələrinin işə düşməsinə imkan verir. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park Prezidentimizin təşəbbüsü ilə yaradılıb və burada bir çox müəssisələr uğurla fəaliyyət göstərir, qeyri-neft sektorunun inkişafına böyük töhfə verir.

Qeyd edək ki, son bir ayda dövlət başçısı bir sıra yeni sosial və infrastruktur obyektlərinin açılışında iştirak edib. Bunlar Abşeron dairəvi dəmir yolunun Pirşağı-Goradil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonrakı açılışı, Hövsan yaşayış kompleksinin, paytaxtdakı "Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi və başqalarıdır.

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdir ki, bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən dövlət başçısının iştirakı ilə bölgələrdə - Goranboy, Şəmkir və Qazax rayonlarında üç böyük xəstəxana açılmışdır. Bu il sosial infrastrukturun yaradılması istiqamətində bir sıra digər işlər də aparılacaq: "Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək”.

Prezident İlham Əliyev bu layihələr sırasında Sumqayıt Kimya Sənaye Parkında yaradılan maska istehsalı müəssisəsinin əhəmiyyətini xüsusi vurğulamışdır. Burada səsləndirdiyi müraciətində dövlət başçısı demişdir: "Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM