Alternative content

17:26 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusla mübarizə strategiyasında Azərbaycan modeli
Koronavirusla mübarizə strategiyasında Azərbaycan modeli
ANA SƏHİFƏ / Səhiyyə
00:42 08.04.2020


Dünyanı bürüyən pandemiya ölkəmizdə ciddi nəzarət altındadır


Çinin Uhan əyalətindən alovlanıb dünyanı bürüyən koronavirus, COVID-19 bəlası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Ən güclü dövlətlərin belə iqtisadiyyatını, səhiyyəsini alt-üst edib, insan ölümlərini çarəsizcə izləməyə vadar edir...

Bu dəhşətli pandemiyanın Azərbaycanda bu cür arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Bu məqsədlə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində artıq ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri həyata keçirilir.

O da həqiqətdir ki, virusun yayılmasının qarşısını almaqda ona yoluxan şəxslərin tez aşkarlanması da böyük rol oynayır. Bu istiqamətdə də Azərbaycanda əhəmiyyətli işlər görülür. Bunun üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb. Qeyd edək ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə isə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı xeyli artıb. Son rəqəmlərə əsasən ölkədə 47 mindən artıq test həyata keçirilib.

İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirməyi artırıb.


İnkubasiya dövrü 28 günədək çəkə bilər...


O da diqqətə alınmalıdır ki, yoluxanların yalnız 20 faizində xəstəlik açıq şəkildə özünü büruzə verir. Çünki koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə testlər keçirilir. Son bir həftə ərzində keçirilən testlərin analizi göstərir ki, xaricdən gələn çoxlu sayda insanda yoluxma halları müşahidə olunub. Həmçinin ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, indi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır.

Təəssüf ki, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Buna görə, yuxarıda da qeyd etdiyimiz kimi, insanların daxildə bir-birini yoluxdurma hallarının qarşısının alınması üçün hökumətimiz bütün lazımi tədbirləri görür, vətəndaşının sağlamlığı, təhlükəsizliyi, sosial təminatı üçün vacib qərarlar qəbul edir.


Dünyanın diqqətindən yayınmayan effektiv mübarizə


COVID-19-a qarşı dövlətimiz tərəfindən aparılan effektiv mübarizə dünyanın da diqqətindən kənarda qalmayıb, təqdir olunur, nümunə göstərilir...

Bir neçə gün əvvəl ÜST-ün Baş direktoru Tedros Qebreyesusun Prezident İlham Əliyev və digər ölkələrin liderlərinə ünvanladığı səmimi məktubda yer alan təkliflərə nəzər yetirdikdə görünür ki, onların hamısı Azərbaycanda koronavirusla mübarizədə tətbiq olunur. Xüsusilə qeyd edilməlidir ki, ÜST-ün Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir. Eyni zamanda, məktubda T.Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların həyata keçirilməsini xahiş edir. ÜST Baş direktorunun təklifləri dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid edilməsi, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması kimi məsələlərdir.


Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər


Beləliklə, dünyada səhiyyə sahəsində ən böyük qurum hesab olunan ÜST-ün təklifləri bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.

Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Hələ fevral ayından Azərbaycanda ciddi karantin tədbirlərinə start verilib. Mart ayının əvvəllərindən bütün məktəblərdə tədris dayandırılıb, uşaq bağçaları bağlanılıb. O cümlədən respublikamızın qonşu ölkələrlə sərhədləri qapadılıb və xaricdən dönən vətəndaşların sağlamlığı ciddi şəkildə yoxlanılıb. Eləcə də aviareyslər dayandırılıb, ölkə daxilində vətəndaşların və insanların hərəkəti məhdudlaşdırılıb. Bu dövrdə müvafiq dövlət qurumlarının əməkdaşları və eləcə də KİV tərəfindən genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasının da böyük əhəmiyyəti olmuşdur. Hazırda Azərbaycanda əksər orqanlarda fəaliyyət internet üzərindən qurulur, iclaslar, toplantılar onlayn rejimdə keçirilir.

Göründüyü kimi, ÜST Baş direktorunun təklifləri Azərbaycanda xeyli müddətdir ki, tətbiq olunur. Bu cür izolyasiya tədbirlərinin, karantin rejiminin nəticəsidir ki, Azərbaycanda koronavirus infeksiyasının digər ölkələrdəki kimi faciəvi nəticələrə səbəb olmasının qarşısı alınıb.


Biz birlikdə güclüyük


Virusa qalib gəlməyin məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlərlə təsdiq olunan gerçəklikdir. Koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə sonradan qoyulan qadağalar elə də effektiv olmadı və bu təsir gücünün işlək olmamasında vətəndaşların da həmin qaydalara uymamasının böyük rolu oldu. Təəssüf ki, nəticə insan faciələri ilə müşayiət olundu...

Amma ölkəmizdə bu cür faciələrin yaşanmaması üçün zamanında tədbirlər görüldü, qaydalar tətbiq olundu və bu tədbirlər davam etdirilir. Təsadüfi deyil ki, hazırda Azərbaycanın adı koronavirusun tüğyan etdiyi ölkələr siyahısında deyil...

Bəli, bu gün bütün Azərbaycan koronavirusla mübarizəyə atılıb, qlobal pandemiya ilə birgə savaşır. Səbirlə, anlayışla görülən tədbirlərə qoşularaq, hərə öz sahəsində gözəgörünməz düşmənlə döyüşə töhfə verməyə çalışır. Təbii ki, burada tibb işçiləri ön plandadır, amma tənha, yaşlı sakinlərimizə könüllü yardım edən gənclərimizin də, hansısa ucqar bölgələrdə öz vəsaiti hesabına tibbi maska tikib paylayan xeyirxah vətəndaşımızın da, evdə qalaraq virusun yayılmasına mane olan duyarlı insanımızın da payı var...

Və biz bu ölüm-dirim savaşında mütləq qalib gələcəyik...

Çünki biz birlikdə güclüyük!

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM