08 Aprel 2020 00:36
557
CƏMİYYƏT
A- A+

Aztəminatlı ailələrə və tənha ahıllara diqqət və qayğı göstərilir


Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Gəncədə də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə evdə özünütəcrid vəziyyətində qalan və sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi köməyin göstərilməsinə diqqət artırılıb.

Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşayan ahıl vətəndaşlara və aztəminatlı

ailələrə baş çəkərək xeyirxah aksiyalar həyata keçirirlər. Öncə Böyük Vətən müharibəsinin iştirakçısı olan 98 yaşlı Tofiq Hüseynovun və 96 yaşlı Bəylər Verdiyevin evində olan könüllülər onlarla maarifləndirici söhbətlər aparmış və Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarını nəzərlərinə çatdırmışlar. Qeyd edilmişdir ki, şəhər icra hakimiyyətində koronavirusa qarşı mübarizə qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandıqda həmin qərargahın qaynar xəttinə zəng etmək mümkündür.

Tək yaşamasına baxmayaraq, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Tofiq Hüseynov göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına, eləcə də şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. Söhbət zamanı 98 yaşlı müharibə veteranı əhalini xüsusi karantin rejimi qaydalarına əməl etməyə və evdə qalmağa çağırmışdır.

I qrup əlil Bəylər Verdiyev də öz növbəsində ona göstərilən qayğıya görə təşəkkür etmiş və demişdir ki, bu gün dövlətimiz koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirləri görür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu vacib məsələyə xüsusi həssaslıqla yanaşırlar. Virusun ölkə ərazisində yayılmaması üçün isə vətəndaşlar daha məsuliyyətli olmalı, xüsusi karantin rejimi qaydalarına sözsüz əməl etməlidirlər.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin könüllüləri bir neçə gün ərzində 100-dən artıq aztəminatlı ailədə və 65 yaşdan yuxarı tənha vətəndaşların yanında olmuşlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video