07 Aprel 2020 22:54
648
SİYASƏT
A- A+

BERNAMA agentliyi AZƏRTAC-a istinadla Azərbaycanda tibbi maska istehsal edən müəssisədən yazır

 
Malayziyanın əsas milli xəbər agentliyi BERNAMA Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir gündə 120 min ədəd tibbi maska istehsal edəcək müəssisənin açılışında iştirak etməsi barədə məlumat yayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) istinadla yayılan məlumatda qeyd edilir ki, yaxın vaxtlarda daha bir istehsal xətti istifadəyə veriləcək və ikinci mərhələdə gündəlik istehsal iki dəfə artaraq 200-250 min ədəd təşkil edəcək.

Məlumatda, həmçinin qeyd edilir ki, "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb və burada istehsal prosesi üçnövbəlidir.

Qeyd edilir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdilər.

Sonra Azərbaycan dövlətinin başçısına və birinci xanıma ölkədə istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə məlumat verilib. Bildirilib ki, hazırda altı şirkət dezinfeksiyaedici məhlullar istehsal edir.

Məqalədə, həmçinin koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olması xüsusi vurğulanıb.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.bernama.com/en/world/news.php?id=1829612

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video