07 Aprel 2020 22:52
468
CƏMİYYƏT
A- A+

Sahil Babayev: Karantin rejiminə nə qədər ciddi yanaşsaq, o qədər tez müsbət nəticə əldə etmək mümkün olacaq

 
Bütün dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycanda bir sıra məhdudiyyətlərə səbəb olub. Bununla bağlı çoxsaylı addımlar atılır. Təəssüf ki, yoluxma sürətlə davam edir. Pandemiya hər birimizin həyatına təsir edib. Mənfi təsirlərin aradan qaldırılması üçün dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən addımlar atılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir hər bir vətəndaşın xüsusi karantin rejiminə əməl etməsinin vacibliyini bildirib. "Karantin rejiminə nə qədər ciddi yanaşsaq, o qədər tez müsbət nəticə əldə etmək mümkün olacaq. Əks halda, virusun yayılma sürəti azalmaya bilər ki, bu da karantin rejiminin uzanmasına səbəb olacaq. Bunun da mənfi təsirləri kifayət qədər çox olacaq”, - deyə Sahil Babayev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video