07 Aprel 2020 22:40
871
DÜNYA
A- A+

“Forbes” dünyanın ən varlı insanının adını açıqlayıb

 
"Amazon” korporasiyasının rəhbəri Ceff Bezos ardıcıl olaraq üçüncü ildir dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.

AZƏRTAC "Forbes” nəşrinə istinadla xəbər verir ki, dünyanın ən varlı insanlarının 34-cü illik reytinqinə əsasən, Ceff Bezosun varidatı il ərzində 18 milyard dollar azalaraq 113 milyard dollar təşkil edib. Siyahıda ikinci yerdə "Microsoft” kompaniyasının banilərindən biri Bill Qeyts qərarlaşıb. Onun varidatı 98 milyard dollar həcmində qiymətləndirilir.

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arno üçüncü yerə yüksəlib - 76 milyard dollar. Əvvəlki siyahıda 3-cü olan "Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet isə il ərzində 15 milyard dollar itirərək bir pillə geriləyib. Hazırda onun varidatı 67,5 milyard dollar təşkil edir.

Dünyanın ən varlı insanları reytinqinin ilk beşliyini 59 milyard dollarla Larri Ellison qapayır.

Qeyd edək ki, ümumilikdə "Forbes” reytinqinə dünyanın 2095 milyarderi daxil olub. Onların ümumi varidatı təxminən 8 trilyon dollardır. 2019-cu ildə bu siyahıya daxil olan 2153 milyarderin sərvəti 8,7 trilyon dollara yaxın idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video