Alternative content

14:47 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabiq liderlər ABŞ-a müraciət ediblər
Sabiq liderlər ABŞ-a müraciət ediblər
ANA SƏHİFƏ / DÜNYA
17:54 07.04.2020

Sabiq dünya liderləri birgə bəyanat yayaraq ABŞ administrasiyasını İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırmağa çağırıblar.

AZƏRTAC xəbər verir ki, bu bəyanat "The Guardian” qəzetində dərc olunub.

Bəyanatı ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, sabiq keçmiş Müdafiə naziri, Çak Heyqal, Avropa İttifaqının beynəlxalq siyasət üzrə sabiq komissarı Federika Moqerini, NATO-nun sabiq rəhbəri Havyer Sollana və digərləri imzalayıblar.

Bəyanatda deyilir ki, sanksiyaların aradan qaldırılması minlərlə iranlının həyatını xilas etməklə yanaşı, infeksiyanın başqa ölkələrə yayılmasının qarşısı da alar. Diqqətə çatdırılıb ki, dünyada koronovirusun pandemiya səviyyəsinə yüksəldiyi şəraitdə siyasi qarşıdurmaya ara vermək lazımdır.

"The New York Daily News” qəzeti isə yazır ki, ABŞ koronavirusun yaratdığı vəziyyətdən sui-istifadə edərək dövlətlərə təzyiqi artırır. İran dünyada yeganə ölkədir ki, tibbi ləvazimat almaq imkanından məhrum edilib. Halbuki, İranın bu saat tibbi preparatlara və ləvazimatlara böyük ehtiyacı var.

Qəzet Ağ Ev administrasiyasını tənqid edərək, belə bir şəraitdə İrana qarşı təzyiqin artırılmasının düzgün siyasət olmadığını yazıb.

Bu arada Cənubi Koreya İrana 2 milyon dollar dəyərində tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardım göstərib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM