07 Aprel 2020 14:34
462
CƏMİYYƏT
A- A+

Yardımlıda 4 santimetr hündürlüyündə qar örtüyü əmələ gəlib


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 7-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qərb küləyi Naftalanda 32, Neftçalada 28, Bərdədə 26, Salyan, Tərtərdə 23, Xaçmazda 22, Qazıməmməd, Tovuzda 20, Ağstafa, Şəmkir, Ağdamda 18, Mingəçevirdə 16, Bakıda 28, Maştağada 26, Çilov adası, Sumqayıtda 24, Neft Daşlarında 21 metr/saniyəyədək güclənib.

Oğuzda 41, Balakəndə 36, Astarada 32, Qəbələdə 26, Şəki, Yardımlıda 22, Dəstəfurçay (Daşkəsən), Lənkəranda 19, Gəncəçay-Qədəmiş (Daşkəsən), Sarıbaşda (Qax) 18, Kürəkçay (Göygöl), Daşkəsəndə 17, Kişçayda (Şəki) 15, Şəmkirçay, Qalakənd (Gədəbəy), İsmayıllıda 14, Kirən (Tovuz), Göygöldə 13, Zaqatala, Naxçıvanda 12, Lerik, Şahbuz, Ağdam, Gədəbəydə 11, Sədərək, Ağdərə (Ordubad), Şamaxı, Mingəçevirdə 10, Şərur, Göyçayda 9, Şəmkirdə 8, Salyan, Kürdəmir, Biləsuvar, Dağkəsəmən (Qazax), Tərtərdə 7, Naftalan, Bərdədə 6, Neftçalada 4, Zərdab, Ordubadda 3, Xınalıq, Şahdağda 2, Qusar, Xaltan, Qrız, İmişli, Sabirabad, Cəfərxanda 1 millimetr yağış yağıb.

Qar örtüyünün hündürlüyü Yardımlıda 4, Şahdağ, Sarıbaş, Kirən məntəqəsi (Tovuz), Xınalıqda 2, Qrızda 1 santimetr olub.

Ölkə ərazisində yağıntılı hava şəraitinin aprelin 9-dək davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video