Alternative content

19:37 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Antonio Quterreş: Pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparan səhiyyə işçilərinə hər zamankından daha çox minnətdarıq
Antonio Quterreş: Pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparan səhiyyə işçilərinə hər zamankından daha çox minnətdarıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:55 07.04.2020

Bu il Ümumdünya Sağlamlıq Günü hamımız üçün çox çətin bir vaxta qeyd edilir.

Bu gün mən sağlamlığımızı qorumaq, təmin etmək üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniki işçilər, feldşerlər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm.

Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınıza görə sizlərə hər zamankından daha da çox minnətdarıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreşin Ümumdünya Sağlamlıq Günü ilə bağlı videomüraciətində deyilir

O, həmçinin bildirib: "2020-ci il beynəlxalq tibb bacısı və mamalar ilidir. Mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm.

Hamımızın tibb bacılarına və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz, təşəkkür etməyə əsaslarımız var. Bilirəm ki, bu belədir.

Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Travmatik işi müşayiət edən zədələnmə, yoluxma infeksiya və əqli sağlamlığa yük riskini gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt xəstələrə, insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər.

Mamalar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir. Çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Nəticədə yeni doğulmuş uşaqlar sağlam olaraq dünyaya gəlirlər.

Dünyanın bütün tibb bacılarına və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm.

Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik, arxalanırıq.

Sizinlə fəxr edirik, siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq.

Hər gün və hər yerdə etdiyiniz müsbət dəyişikliklərə görə təşəkkür edirik".




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM