Alternative content

12:17 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər
“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər
ANA SƏHİFƏ / SİYASƏT
12:47 07.04.2020
Albaniyanın "Nacional” qəzetində ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından bəhs edən "Tarixi abidələr: Marağa – 150” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Albaniya – Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri, tarixçi-alim Entela Muçonun köməyi ilə işıq üzü görən məqalənin müəllifi "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.

Məqalədə ermənilərin miqrasiyasına dair məlumatların bir çox yazılı mənbələrdə yer aldığı bildirilib, müxtəlif illərdə İrandan və Türkiyədən ermənilərin Azərbaycan torpaqlarına köç etmələri konkret faktlarla göstərilib. Qeyd edilib ki, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıb. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb.

Qəzetdə qeyd olunur: "...ermənilər Qarabağa gəlmələri münasibətilə "Marağa-150” abidəsini ucaldıblar. "Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından qurulan abidənin üzərində erməni dilində "Marağa-150” yazısı öz əksini tapıb və oxşar abidələr Xankəndi şəhərində, Tərtər rayonunun Çaylı kəndində də inşa edilib”.

Məqalədə qeyd olunur ki, 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa-150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib.

Qeyd edək ki, sözügedən mövzu artıq Albaniya dövlət radiosunun da diqqətini cəlb edib və radio tarixçi-alim Entela Muçonun iştirakı ilə bu mövzuda veriliş yayımlamaq niyyətindədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM