Alternative content

20:19 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bəyan edib
Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bəyan edib
ANA SƏHİFƏ / SİYASƏT
11:16 07.04.2020

ABŞ Dövlət Departamenti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində martın 31-də keçirilmiş qanunsuz "seçkilər”ə münasibət bildirib.

Dövlət Departamenti dünya birliyinin digər dövlətləri kimi ABŞ-ın da Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bir daha bəyan edib, qondarma "seçkilər”in onun statusuna təsir göstərmədiyini vurğulayıb. Dövlət Departamenti ABŞ-ın münaqişənin sülh yolu ilə ədalətli və davamlı həllinə nail olmaq üçün tərəflərə dəstək göstərməyə ciddi şəkildə sadiq qaldığını və bu məqsədlə ATƏT-in Minsk qrupu çərçivəsində səyləri davam etdirdiyini bildirib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işğalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarla qətnamə qəbul edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM