Alternative content

18:47 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:40 06.04.2020
 
Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal pandemiya kimi bütün xalqlar və dövlətlər üçün real təhlükə mənbəyinə çevrilib. Əhalinin sağlamlığının qorunması istiqamətində mübarizə xarakterli və profilaktik tədbirlərin həyata keçirilməsi dövlətlər üçün strateji prioritet kimi çıxış edir.

Azərbaycan Respublikasında da pandemiyanın qarşısının alınmasına əsaslanan yanaşmalar Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılıb, ölkə başçısının göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər davam etdirilir, preventiv və effektiv tibbi xidmətlərin təşkili işi gücləndirilməkdədir.

COVID-19 infeksiyasının yayılması qlobal pandemiyanın fəsadlarının uşaq hüquqları prizmasından da araşdırılmasını zəruri edir. Bu fəaliyyət adekvat tədbirlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı koronavirus pandemiyasının gedişi uşaqların qloballaşmış infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda daha həssas olduqlarını göstərir.

Bu baxımdan, ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhali qruplarının hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təmini məsələsini monitorinq edir.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkilin milli preventiv mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrindəki mövcud vəziyyət nəzarətdə saxlanılmaqla, mövcud imkanlar, uşaqların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri və əlilliyi olanların da vəziyyəti nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılıb, məsul şəxslər və qurumlarla müzakirələr aparılıb.

Bu ərəfədə internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib, uşaq evlərində yaşayan və ailələrinə verilmiş uşaqların müəssisələrə geri qayıdışı dayandırılıb, digər qrup müəssisələrdə isə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri gücləndirilib.

Araşdırmanın yekunu olaraq verilmiş tövsiyələrdə Uşaq Hüquqları Konvensiyasına, COVID-19-la bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığın Təlimatına, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitənin (SPT) tövsiyəsinə və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) qəbul etdiyi prinsiplər əsasında uşaq evlərində, təhsil, səhiyyə və sosial xidmət müəssisələrində yaşayan uşaqlar və onlarla işləyən şəxslərin pandemiya ilə bağlı bacarıqlara əsaslanan məlumatlandırılmaları, uyğun rəftar və saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, təminat və digər məsələlərlə bağlı müraciətlərin, internet və telefon vasitəsilə alternativ ünsiyyət imkanlarının təmin edilməsi, tibbi və digər sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məsələləri yer alıb.

Qeyd olunmalıdır ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar uşaqların, habelə onların valideynləri və ya qanuni nümayəndələrinin ombudsmana əlçatanlığı təmin edilib. Onlar 24 saat ərzində fəaliyyət göstərən "qaynar xətt”lər (012-916 və 050-370-98-96) vasitəsilə müvəkkilə müraciət imkanına malikdirlər. Eyni zamanda, uşaqların maraqlarını təmsil edən şəxslər elektron qaydada və sosial şəbəkələr (Facebook, Twitter) vasitəsilə müvəkkilə müraciət edə bilirlər.

Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin yerləşdikləri və əhatə etdikləri ətraf rayonlar, şəhərlər üzrə fəaliyyəti regionlardan olan müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından əhali qrupları üçün əlavə imkanlar yaradır.

COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər dövlət və cəmiyyətdən, bütövlükdə ayrı-ayrı insanlardan həmrəylik, birgə əməkdaşlıq və məsuliyyət tələb edir. İnsan hüquqları kontekstində əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının təmini insanların sağlamlığının qorunması yönündə tədbirlərin effektivliyi baxımından böyük önəmə malikdir. Biz birlikdə güclüyük!



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM