06 Aprel 2020 15:59
565
CƏMİYYƏT
A- A+

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi?


Bütün dünya müsəlmanlarını koronavirus pandemiyası şəraitində bu ilin iyuluna təsadüf edən Həcc ziyarətinin mümkün ləğvi ilə bağlı məsələ maraqlandırır. Ötən həftə Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətləri naziri dindarları məsələyə tam aydınlıq gətirilənədək hazırlıq işlərini təxirə salmağa çağırmışdı. Eyni zamanda, əlavə etmişdi ki, indiki vəziyyətdə insanların sağlamlığı prioritet məsələdir.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədəki müqəddəs məscidlərdə davalı olaraq dezinfeksiya işləri aparır. Həmçinin bu şəhərlərdə indiyədək 480 insanın koronavirusa yoluxduğu bildirilir. Krallıq ötən aydan Ümrə ziyarətini və Məkkəyə bütün aviareysləri, o cümlədən daxili uçuşları dayandırıb. Rəsmi məlumata görə, bu ölkədə COVID-19 virusundan 25 ölüm halı qeydə alınıb. İndi bütün müsəlmanlar Həcc ziyarəti ilə bağlı Krallığın verəcəyi qərarı gözləyir. Bu, qarşıdakı ayda pandemiyanın yayılması vəziyyətindən asılı olacaq.

Bəs tarixdə Həcc ziyarətinin ləğv edilməsi halları baş veribmi? Tədqiqatlar və Arxivlər üzrə Kral Əbdüləziz Fondunun (DARAH) məlumatına əsasən, Həcc ziyarəti ilk dəfə 930-cu ildə, Abbasi Xilafəti dövründə baş vermiş iğtişaş nəticəsində dayandırılıb. Həmin vaxt Məkkədə 30 mindən çox zəvvar öldürülüb və Kəbədəki qara daş Qətif bölgəsinə aparılıb. Bundan sonrakı on il ərzində Həcc ziyarəti yerinə yetirilməyib.

Həcc ziyarətinin növbəti dəfə dayandırılması isə 989-cu ildə baş verib. Həmin il Məkkədə bir çox zəvvarın ölümünə səbəb olan xəstəlik yayılıb. Əksəriyyəti dəvə ilə Məkkəyə gələn zəvvarların bir hissəsi də su qıtlığından həyatını itirib. Sonrakı 29 ildə isə Həcc ziyarətinə təkcə İraq müsəlmanları gələ biliblər.

"ArabNews" portalına müsahibə verən Kral Əbdüləziz Universitetinin tarix kafedrasının müdiri İmad Tahir qeyd edib ki, Həcc ziyarətinin ləğvi tarixən siyasi iğtişaşlar və təriqət zəminində münaqişələrlə əlaqədar olub. Məsələn, müsəlman aləmində müharibələr nəticəsində 1099-cu ildə də Məkkəyə zəvvar gəlməyib.

Lakin Krallıq rəsmiləri bildirirlər ki, indiki şəraitdə Həcc ziyarətinin ləğv olunması ehtimalı çox azdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video