06 Aprel 2020 14:20
669
DÜNYA
A- A+

Liviyada qiyamçılar atəşkəsi pozmaqda davam edirlər

Liviyada qiyamçı general Xəlifə Həftərin nəzarətində olan qanunsuz silahlı birləşmələr 21 martda elan edilmiş atəşkəs rejimini 180 dəfə pozmuşdur. Bu barədə Milli Barışıq Hökumətinin mətbuat katibi Məhəmməd Qununu məlumat vermişdir.

Qunununun dediyinə görə, ekstremistlərin hərəkətlərinə cavab olaraq son altı gün ərzində hökumətin hərbi hava qüvvələri paytaxt Trablisətrafinda düşmənin mövqelərinə 35 hava zərbəsi endirmişdir. Eyni zamanda silahlıların paytaxt yaxınlığındakı mövqelərinə logistik dəstəyi kəsmək üçün əməliyyat davam edir.

Qununu beynəlxalq birliyi öhdəliklərini yerinə yetirməyə və Liviyada hərbi cinayətlər törədən Həftəridəstəkləyən ölkələri məsuliyyət daşımağa çağırmışdır. O bildirmişdir ki, legitim hökumət Həftərlə bütün təmasları dayandırmağı tələb edir, çünki hərbi cinayətlər törədən şəxs siyasi prosesdə münaqişənin tərəfi ola bilməz.

Qeyd edək ki, Liviyanın şərqindən gələn qanunsuz silahlı birləşmələr,ötən ayın 21-də yeni tipkoronavirusla mübarizə aparmaq üçün barışıq elan olunsa da,Trablisin müxtəlif rayonlarını bombalamaqda davam edir. Qiyamçıların təxribatlarına cavab olaraq Liviya hökumət qoşunlarıkeçən ayın 25-də"Sülh qasırğası”şərti adı artındahərbi əməliyyatabaşlamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video