06 Aprel 2020 14:19
626
DÜNYA
A- A+

Çernobılda yüksək radiasiya qeydə alınıb


Çernobıl təcrid zonasında aprelin 4-də başlamış genişmiqyaslı meşə yanğını ilə əlaqədarsrağagün Kiyev vilayətinin Vladimirovka kəndinin yaxınlığında yüksək radiasiya səviyyəsi müşahidə olunur. Bu barədə Ukrayna Dövlət Ekologiya Müfəttişliyinin rəisi YeqorFirsovməlumat vermişdir.

Firsovun məlumatına görə, yanğın Çernobıltəcrid zonasında 20 hektarlıq sahəyəyayılmışdır, "ümumilikdə 100 hektar yanır". O qeyd etmişdir ki, yanğın mərkəzində radiasiya normadan yuxarıdır.FirsovunFacebook sosial şəbəkəsi vasitəsilə yayımladığı videodan aydın olur ki,Geiger sayğacı radiasiya səviyyəsinin normadan 16 dəfə çox olduğunu göstərir.

Bununla yanaşı, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti srağagün yerli vaxtla saat 15: 00-da Kiyev şəhərində və Kiyev vilayətində radiasiya səviyyəsinin normanıkeçmədiyini bildirmişdir. Xidmətin verdiyi məlumata görə, yanğının söndürülməsi işinə128 nəfər və 28 vahid texnika, o cümlədən iki ədəd An-32P təyyarəsi və bir ədəd Mi-8 vertolyotu cəlb edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video