06 Aprel 2020 11:42
8824
Səhiyyə
A- A+

Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir

 
Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir. Erkən yazda yolların, tarlanın kənarlarında, biçənək və otlaqlarda onunla tez-tez rastlaşmaq olar. Gövdəsinin ətrafında tikanlardan təmizlənərək yumşaq yaşıl zoğları 15-20 gün ərzində yeyilir. O qədər də dadlı olmasa da, çox faydalıdır. Zoğları bərkiyəndən sonra yeyilmir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, alaqanqalda zəngin silimarin maddəsi var. Silimarin bitkinin yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığı və öd qatılığı zamanı faydalı təsir göstərir.

Dəri ləkələri olanların çoxlu alaqanqal yeməsi məsləhətdir, əsasən öd və qaraciyərdən qaynaqlanan ləkələr üçün xeyirlidir. Vitamin və minerallarla zəngin olduğuna görə uşaqlar üçün də faydalıdır. Alaqanqalın təzə-tər zoğlarının yeyilməsi yeni qan yaradır, böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı çox faydalı nəticə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video