Alternative content

06:58 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özümüzü və özümüzünküləri düşünək: “evdə qalaq, sağlam olaq”
Özümüzü və özümüzünküləri düşünək: “evdə qalaq, sağlam olaq”
ANA SƏHİFƏ / Mədəniyyət
20:31 05.04.2020

Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, doğmalarının da həyatını riskə atırlar


Bu gün dünya böyük bir fəlakətlə üz-üzədir. Ölkəmiz də bu mənada çətin bir sınaq qarşısındadır. Dövlətimiz vaxtında önləyici addımlar atıb. Dövlətimiz və onun başçısı cənab İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə xalqın, vətəndaşların yanındadırlar. Belə bir dövrdə milli həmrəylik, birlik çox vacibdir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddətdə bu fonda ciddi ianələr edildi, xalqımız birliyini bir daha nümayiş etdirdi. Bir sənətçi kimi mən də cənab Prezidentin çağırışına qoşuldum və bir aylıq vəzifə maaşımı bu fonda köçürdüm. Belə bir zamanda ianənin məbləği yox, xalqımızın həmrəyliyi daha önəmlidir.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Azərbaycan xalqı mübarizdir və həmişə belə çətin zamanlarda öz birliyini ortaya qoyub. Düşünürəm ki, bu dəfə də biz sınaqdan üzüağ, alnıaçıq çıxacağıq. Bu, ciddi məsələdir. Əlbəttə, panikaya düşmək lazım deyil, sadəcə olaraq məsələyə daha ciddi, daha həssas yanaşmalıyıq. Sosial təcrid qaydalarına hər bir vətəndaşımız riayət etməlidir. Ciddi zərurət yoxdursa, evdən çölə çıxmamalıdır. Təəssüflər olsun ki, hələ də bəzi insanlar məsələnin ciddiyyətinin fərqinə varmır, xüsusi təcrid rejimini kobud şəkildə pozurlar. Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, doğmalarının da həyatını riskə atırlar. Qoyulmuş qaydalara əməl etməklə biz bu dar məqamdan ən az itkilərlə çıxacağıq. Başa düşürəm ki, hava yaxşıdır, hamı gəzmək və dincəlmək istəyir. Amma unutmayaq ki, həyat, yaşamaq daha gözəldir. Evdə qalaq, sağlam olaq və unutmayaq ki, biz birlikdə güclüyük.

Mənsum İBRAHİMOV,

"Şöhrət” ordenli Xalq artisti, Prezident təqaüdçüsü, professor




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM