05 Aprel 2020 20:17
579
CƏMİYYƏT
A- A+

“COVID-19 gənclər üçün də yaşlılar qədər təhlükəlidir”


"Elə bilirdim ki, mən yoluxmaram...”. Koronavirusa yoluxan xəstələrin çoxu belə deyir. Bəziləri isə düşünürlər ki, bu təhlükəli virusa yalnız yaşı 65 yaşdan yuxarı olan şəxslər yoluxurlar. Hər gün aldığımız xəbərlər isə bunun əksini göstərir.
Dünya Səhiyyə Təşkilatı (DST) da gənclərə xəbərdarlıq edərək "Gənclər koronavirusu asan keçirir” düşüncəsinin yanlış olduğunu diqqətə çatdırıb. Qurumun mütəxəssisi Mayk Rayn Cenevrədə keçirilən mətbuat konfransında Cənubi Koreyada koronavirus səbəbilə ölən hər 6 nəfərdən birinin 60 yaşı olduğunu qeyd edib: "İtaliyada isə son 6 həftə ərzində reanimasiyaya yerləşdirilən xəstələrin 10-15%-ni 50 yaşlı insanlar təşkil edib. COVID-19 gənclər üçün də yaşlılar qədər təhlükəlidir. Əksəriyyət gənclərin xəstəliyi yüngül keçirdiyinə inanır, amma bu düşüncə tamamilə yanlışdır. 30 yaşlı COVID-19 xəstələri reanimasiyada müalicə olunur, hətta ölənlər də var. Bu baxımdan koronavirusa ciddi yanaşılmalıdır”.
Qeyd edək ki, bu, Dünya Səhiyyə Təşkilatının ilk xəbərdarlığı deyil. Gənclər koronavirusa qarşı immunitetə malik deyillər və virusu yaşlılara ötürməmək üçün ünsiyyət qurmaqdan çəkinməlidirlər. Bu barədə bəyanatla hələ ötən ayın sonlarında DST-nin baş direktoru Tedros Qebreyesus çıxış edib. O, gənclərin seçimi "başqaları üçün həyat və ölüm arasında fərq” təşkil edə biləcəyini vurğulayıb.
Koronavirusa yoluxmuş Fransadakı Azərbaycan Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da soydaşlarımıza müraciətində bildirib: "Azərbaycanlılara demək istəyirəm ki, koronavirusu ciddiyə alsınlar. Onunla zarafat etmək olmaz. Bəziləri elə düşünürlər ki, bu virus gənclərə yaxın gəlmir. Ancaq belə deyil. Fransada gənclər arasında heç bir xəstəliyi olmayanlar belə koronavirusdan dünyasını dəyişirlər. Bu da çox narahatedici bir haldır. Ona görə də hər bir azərbaycanlıdan xahiş edirəm ki, özünüzü və ətrafınızı qoruyun. Mütləq şəkildə qanun və qaydalara riayət etməliyik. Karantini də ciddiyə almalıyıq ki, ətrafımızdakıları və sevdiklərimizi qoruyaq. Azərbaycan xalqına müraciətim bu olardı ki, vəziyyəti ciddiyə alın və evdə qalın!”
Xatırladaq ki, koronavirusun ilk halı ötən ilin dekabr ayında Çində qeydə alınıb. Amma indi pandemiyanın yeni mərkəzi Avropa hesab edilir.
Gənclərin koronavirus təhlükəsinə laqeyd qalması nəticəsində virusun daha həssas qruplara ötürülməsi barədə məlumatlar yayılır. Bununla yanaşı, onların özlərinin də bu bəladan uzaq olmadıqları çox təəssüf ki, günümüzün reallığıdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video