05 Aprel 2020 18:17
842
DÜNYA
A- A+

İranda son 24 saat ərzində koronavirusdan 151 nəfər ölüb


Son 24 saat ərzində İranda koronavirusa yoluxan 151 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. O qeyd edib ki, İranda ölənlərin sayı 3603, yoluxanların sayı isə 58 min 226 nəfərə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə olar 22 min 11 nəfər sağalaraq evə buraxılıb.

Prezident Həsən Ruhani Nazirlər Şurasının iclasında bildirib ki, aprelin 11-də karantin rejimi nisbətən yumşaldılacaq. Prezident nəzərə çatdırıb ki, Səhiyyə Nazirliyinin icazəsi ilə bəzi fəaliyyət növləri işə başlaya biləcək. Ali və orta məktəblər, bazarlar, bir sözlə, insanların kütləvi şəkildə toplaşdığı yerlər aprelin 18-dək bağlı qalacaq.

Bu arada, Çin tibbi ləvazimat və preparatlardan ibarət 2 təyyarə humanitar yardımı Tehrana çatdırıb. Çinin İrandakı səfirliyi bəyan edib ki, rəsmi Pekin koronavirus ilə mübarizədə İrana hərtərəfli kömək göstərəcək.

İranın Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir ki, Tehran yaxınlığındakı hərbi zavodların birində süni nəfəs aparatı istehsalına başlanılıb. İstehsal olunan aparatlar təmənnasız xəstəxanalara veriləcək.

İranın Şərif Universitetinin alimləri insanlarda koronavirusu müəyyən etmək üçün test sistemi hazırlayıblar. Universitetin Texnologiya Mərkəzinin rəhbəri Həmidrza Rəbbi bildirib ki, belə test sistemi dünyada yalnız Çində və ABŞ-da var.

Test sistemi kompüter vasitəsilə insanın ciyərlərini müayinə edir və yoluxmanı müəyyənləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video